Mətbuat katibi döyüldü

img

11-05-2021 [09:17]


Rusiyanın "Spartak" klubunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Anton Fetisov döyülüb.

Məlumata görə, xəstəxanaya çatdırılan Fetisov reanimasiyaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması qoyulub.

28 iyun 2020-ci ildə mövsümün startı ərəfəsində klubun ictimaiyyətlə əlaqələr üzrə departamentinin əvvəlki direktoru Anton Lisin postunu tərk edib. İyulda departamentə Anton Fetisov rəhbərlik edib.

Qeyd edək ki, mayın 10-da "Spartak" evdə "Ximki"ni Rusiya Premyer Liqasının XXIX tur matçında 2:1 hesabı ilə yenib. Bunun nəticəsində "qırmızı-ağlar" gümüş və ya bürünc medalı təmin edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA