Türkiyə XİN: "Rusiya ilə əməkdaşlıq edirik, lazım olduqda isə geri çəkilmirik"

img

06-05-2021 [12:39]


Moskva və Ankara bəzi məsələlərdə fərqli fikirdədirlər, lakin Rusiya ilə dialoqun saxlanılması və qarşılıqlı əməkdaşlığı davam etdirmək zəruridir.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində deyib.

Çavuşoğlunun sözlərinə görə, Ankara Moskva ilə işgüzar əlaqə qurmağa çalışır: "Müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu, bütün məsələlərdə eyni fikrə malik olduğumuz anlamına gəlmir. Ancaq açıq danışmağı bacarırıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir.

Təbii ki, Türkiyənin öz milli maraqlarını qorumalıdır və ölkənin təhlükəsizliyinin təhdidinə imkan verməyəcək. "Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda isə geri çəkilmirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR