Parlament Paşinyanın baş nazir seçilməsinə səs vermədi - Cəmi 1 deputat "hə" dedi

img

03-05-2021 [15:23]


Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.

TASS xəbər verir ki, Ermənistan qanunverici orqanının xüsusi iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər bunun əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb. Paşinyan baş nazir seçilməyib”, - parlamentin sədri Ararat Mirzoyan bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR