Hərbi Prokurorluqda kollegiya keçirilib
30-04-2021 [18:35]
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2020-ci ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluqdan bildirilib ki, əvvəlcə kollegiya iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Kollegiya iclasını açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir. Xanlar Vəliyev Vətən müharibəsindən, qazandığımız möhtəşəm qələbədən bəhs etməklə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışdı. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin vurğuladı ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Bundan sonra məruzəçilər-Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə və İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb, sözügedən cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə geniş məlumat veriblər. Məruzələr ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Azad Ələkbərov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs etdi.
Kollegiya iclasına yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş, həmçinin hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edib.
Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin həmin cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edərək, qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumların rəhbərlərinə öz təşəkkürünü bildirdi.
Hərbi prokuror Xanlar Vəliyev xüsusi vurğuladı ki, bütün bunların nəticəsində 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb. Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb.
Sonda vurğulanıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcək.
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO
"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO
"Kanal rəhbərliyi çağıranda, deyirdim ki, sözünüz varsa, telefonla yığ" - "Universitet müəllimlərindən 10 dəfə çox qazanıram"
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
"Amazon"a tarixi cəza - 2,5 milyard dollar ödəyəcək
III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu
3 ay əvvəl təyin olunmuşdu - Mətbuat katibi vəzifədən azad olunub
Azərbaycan nefti bahalaşıb
Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
"Azərsun Holdinq"lə bağlı daha bir iddia yayıldı - FOTOLAR
"Qalatasaray"ın prezidenti: ""Liverpul"a qalib gələcəyik"
Rusiya və Qərb arasında hərarət artır - Şahin Cəfərli Trampın yeni tələblərindən yazır
Türk Hava Yolları ABŞ-dan 225 "Boeing" alacaq - Trampla Ərdoğan nəhəng anlaşmaya imza atıb
Avropa Liqası: 9 oyun oldu, hansı komandalar əlidolu döndü?
"Can Holdinq"in rəhbər yenidən saxlanılıb
Ərdoğan ABŞ-dan ayrılıb