Azərbaycanlını azyaşlı övladının yanında güllələyən azərbaycanlı killer... - Cabbar Yusifov kimdir? (FOTOLAR)
28-04-2021 [13:35]
Aprelin 24-də Ukraynanın Dnepr şəhərinin mərkəzində 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer – Yusifov Cabbar Asif oğlu haqqında yeni məlumatlar üzə çıxıb.
“Detective-Info” saytı xəbər verir ki, 27 yaşlı Azərbaycan vətəndaşı Cabbar Yusifov (Azərbaycanda idman sahəsində Cabbar Nəcəfov kimi tanınır) Rusiyada əlbəyaxa və qarışıq döyüşlərlə məşğul olub, pankration üzrə Rüsiya birinciliklərində dəfələrlə qalib gəlib, daha sonra Azərbaycana köçüb, burada yunan-Roma güləşi ilə məşğul olub, Azərbaycan çempionatında, dünya və Avropa birinciliklərində qalib gəlib.
2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edib, gümüş medal qazanıb. Cabbar 2016-cı və 2018-ci illərdə Krımda qarışıq döyüş növləri üzrə turnirlərdə və Krasnodarda döyüş turnirində iştirak edib.
Ukraynaya gəldikdə isə, qətldən iki ay əvvəl əsəbi olması ilə diqqət çəkən Cabbar Yusifov (Nəcəfov) hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışdı. Məhkəmə materiallarında bildirilir ki, polisləri görən Cabbar gödəkçəsinin cibindən tapança çıxarıb və ondan qurtulmağa çalışıb.
Kiyevin Peçerski Rayon Məhkəməsi ona 181,6 min qriven girov müqabilində azadlığa buraxılması imkanı ilə həbsdə saxlama şəklində qətimkan tədbiri seçib. Çox güman, o, onu ödəyib, çünki 2 aydan sonra qətl törətdiyi yerdən qaçarkən müşahidə kameralarının obyektivlərinə tuş gəlib. Hazırda Cabbarın axtarışları davam etdirilir.
Qeyd edək ki, C.Yusifovun (Nəcəfov) qurbanı A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən avtomobildə Anar Məmmədovun azyaşlı oğlu da olub/Qafqazinfo.



Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb