Prezident İlham Əliyev daha bir fərman imzaladı - Dəyişiklik
27-04-2021 [11:48]
Prezident İlham Əliyev rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmanda deyilir:
Müasir dövrdə telekommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaradıb. Qabaqcıl təcrübələrdə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur. Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olub.
İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir. Ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülmüşdür. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.
Hazırda genişzolaqlı internet şəbəkəsi ölkənin bütün ərazisində tətbiq olunur, o cümlədən özəl sektorun fəaliyyəti üçün səmərəli hesab edilməyən ucqar məntəqələrdə rəqəmsal infrastruktur qurulur, dövlət şirkətləri vasitəsilə müasir xidmətlər təqdim edilir, cəmiyyətdə müvafiq sahədə vərdişlər formalaşdırılır. Dövlət “Böyükhəcmli məlumatların” (Big Data) ölkə üzrə əsas təminatçısı olmaqla yanaşı, mövcud infrastrukturun və məlumatların qorunması üzrə kibertəhlükəsizlik çağırışlarını prioritetləşdirir. Bu sahədə işləyən xidmət operatorları rəqəmsal transformasiya və kibertəhlükəsizlik üçün kritik infrastruktur və məlumat təminatçısı rolunu yerinə yetirirlər.
Təhlillər göstərir ki, hazırkı mərhələdə rəqəmsal xidmət sahələrinin profil üzrə idarə edilməsinin mühüm strateji əhəmiyyəti vardır. Sahəvi rabitə operatorları zəruri infrastruktur və məlumat təminatçısı funksiyasını yerinə yetirərək, rəqəmsal cəmiyyətin, o cümlədən innovasiya nəhənglərinin fəaliyyət göstərdiyi texnologiya bölgələrinin təşəkkülünə mühüm töhfə verir.
Rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti ilə yanaşı, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsi tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, eləcə də müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişaf etdirilməsi sahəsində işlərin effektiv əlaqələndirilməsi məqsədilə qərara alıram:
1. Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.
2. Nazirlər Kabineti:
2.1. Rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
3.1. tabeliyindəki “Aztelekom”, “Bakı Telefon Rabitəsi”, “Azerbaijan International Telecom” və “Azərpoçt” MMC-lərin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq