Kəmaləddin Heydərov susur, Ramin Bayramlı iddiaları rədd edir - Həbslərlə bağlı niyə izahat verilmir?
24-04-2021 [19:57]
Bir neçə gündür ki, “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsi sosial şəbəkələrdə vətəndaşlar tərəfindən müzakirə olunur.
Maraqlıdır ki, Baş Prokurorluğun istintaqla bağlı açıqlamasından sonra bu prosesdə məsul olan heç bir qurum bu məsələyə aydınlıq gətirmədi. Artıq bu mövzu mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə olunur. Lakin bu məsələ cəmiyyət üçün yad mövzu deyil. Çünki pandemiya dövründə dəfələrlə müxtəlif şəxslər sosial şəbəkə hesablarında “COVID-19” virusuna yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsi üçün həkimlərin rüşvət tələb etdiyini bildirmişdi. Elə həmin zaman vətəndaşların açıqladığı rəqəmlər rəsmi məlumatda qeyd olunan rüşvətin məbləği ilə üst-üstə düşür. Xəstə yaxınları bu barədə dəfələrlə TƏBİB-ə və FHN rəhbərliyinə müraciət edərək şikayət etdiklərini də bildirmişdilər.
Lakin bu günədək nə TƏBİB, nə də FHN bununla bağlı ya daxili araşdırma aparmayıb, yaxud da aparıbsa, zəhmət çəkib ictimaiyyətə bu barədə məlumat verməyib. Əgər aylar öncə bu şikayətlər istiqamətində araşdırma aparılsaydı, bu gün istintaqın ortaya çıxardığı məqamlar elə həmin zaman da aydın olardı.
Ya bu iki qurumun rəhbər şəxsləri məsələni araşdırmaqda maraqlı olmayıb, yaxud araşdırma aparılıbsa da, bu gün istintaqın gəldiyi nəticədən “fərqli” nəticə əldə ediblər. Yoxsa, adıçəkilən şəxslər qolları qandallananadək kresloda qalmazdı.
Pandemiya dövründə ilk aylarda olan psixoloji sarsıntı cəmiyyətin böyük kəsimini əhatə etmişdi, psixoloqlar kütləvi depressiya halları ilə bağlı həyəcan siqnalı çalırdılar. Bu zaman xəstəxanalarda yerlərin tapılmaması insanlarda bir neçə ay öncə monitorlardan izlədikləri “İtaliya variantı”nın bizdə də yaşanacağı qorxusunu artırırdı.
Belə bir məqamda, dövlətin böyük həcmli “Yeni klinika”nı müasir avadanlıqlarla təchiz edərək istifadəyə verməsi, qısa müddətdə modul tipli xəstəxanaları hazırlaması vətəndaşları neqativdən pozitivə doğru çəkdi. Artıq tibb sahəsinə düşən yük xeyli azaldı və çarpayı fondu artdı. Bu prosesin vaksinin hazırlanması qədər önəmli bir iş olduğunu desək, yanılmarıq. Çünki bununla da əhali psixoloji çöküşdən xilas edildi. Lakin bunun ardınca müəyyən vəzifəli şəxslərin tamahkarlıq niyyətləri insanlarda yenidən bu prosesə, dövlətin həyata keçirdiyi işlərə inamı şübhə altına almağa başladı. Burada həbs edilən şəxslər cinayət məsuliyyəti daşısalar da, onların rəhbərləri də ictimai məsuliyyət daşıyırlar.
Dövlətin hələ 2020-ci ilin yanvar ayından pandemiyaya hazırlaşdığı, müasir laboratoriyalar əldə etdiyi, beynəlxalq bürokratik əngəllər fonunda testləri ilk olaraq aldığı, tibb işçilərinin gecə-gündüz boğulan xəstələri xilas etməyə çalışdığı, aylarla ailə üzvlərini görə bilmədiyi bir məqamda kimlərinsə öz ciblərini doldurması bu prosesdəki hər bir şəxsin əziyyətini kölgə altına alır.
Bu sadalananları nəzərə alaraq, Kəmaləddin Heydərov və Ramin Bayramlının tabeliklərindəki şəxslərin dövlətə və cəmiyyətə vurduğu mənəvi zərərin nəticələrinin aradan qaldırılması üçün gördükləri və ya görəcəkləri işlər barədə açıqlama verərək bu “inam şübhəsi”ni darmadağın etməlidirlər. Pandemiyanın hələ bitmədiyini nəzərə almalıyıq.
Bu xoşagəlməz halların ardından səhiyyə naziri Oqtay Şirəliyev 16 ildən sonra vəzifəsindən uzaqlaşdırıldı. Məsələyə şərh verən ekspertlər bu qərarın da bu prosesin davamı olduğu qənaətindədirlər. Görünür, cəzalandırma prosesi müxtəlif yollarla davam edəcək.
Deputatlar, həkimlər, ictimaiyyət nümayəndələri pandemiyanın hökm sürdüyü bir vaxtda bu şəxslərin vəzifələrindən sui-istifadə etmələrini, insanların acısı, kədəri üzərindən pul qazanmalarını sərt tənqid edirlər.
Bu arada qeyd edək ki, pandemiyanın ölkədə yayılmasının ilk günlərindən dövlət başçısı tərəfindən “COVID-19” infeksiyasının qarşısının alınması üçün çox böyük fədakarlıqlar edilib, bütün iqtisadi zərərlər gözə alınıb və insan həyatı və sağlamlığı prioritet kimi qəbul edilib. Bütün bunların fonunda ölkənin ən böyük tibb müəssisəsinin rəhbərləri tərəfindən belə addımın atılması həm dövlət siyasətinə, həm də səhiyyə sisteminə kölgə salır. Hətta ehtimal olunur ki, son vaxtlar ölkədə koronavirusa yoluxanlar arasında ölüm hallarının çoxalmasına da bu kimi xoşagəlməz hallar yol aça bilər.
Son hadisələr göstərdi ki, uzun müddətdir xəstələrdən pul alıb xəstəxanaya yerləşdirməklə bağlı gedən müzakirələrdə həqiqət payı var. Sosial şəbəkələrdə gedən müzakirələrdən belə aydın olur ki, əhali tərəfindən həmin xəstəxanalardakı vəziyyətlə bağlı həm TƏBİB-ə, həm də FHN-ə indiyə qədər müraciətlər olunub. Bəs sözügedən dövlət qurumları bu şikayətlər daxil olarkən onları araşdırıblarmı? Məsul şəxslərlə danışılıbmı, hansı tədbirlər görülüb?
FHN-dən isə məlumat almaq mümkün olmadı/Qafqazinfo.az
***
“Bəzi Kütləvi İnformasiya Vasitələrində yer alan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyiblər. Birmənalı şəkildə bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir”.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb.
"Belə ki, hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz.
Onu da bildirək ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət etmişik. Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb.
Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib. Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.
MİA.AZ
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb