Ermənistanın Baş Prokurorluğu Koçaryanın işi üzrə qərardan şikayət verib

img

22-04-2021 [16:57]


Ermənistanın Baş Prokurorluğu İrəvan ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryan və “1 mart işi” ilə bağlı təqsirləndirilən digər şəxslərin barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Bu barədə bu gün yerli media Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq məhkəmənin Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Qevorkyanın barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA