Kamran Ağayev “Bakı”dan qovuldu

img

08-01-2014 [12:37]


Milli komandamızın qapıçısı Kamran Ağayev yenə klubsuz qalıb. Intizamsızlıq səbəbilə qolkiper paytaxt klubundan qovulub.

Bu barədə baş məşqçi Milinko Pantiç qərar qəbul edib. Serb mütəxəssisin qərarı ilə intizamızlıqda günahlandırılan Ağayev transferə çıxarılıb.

Son zamanlarda haqqında yayılan mənfi düşüncələrin artması Ağayevi gözdən salıb. Televiziyada meyxana deməsi, siqaretlə fotosunun yayılması və digər haqqında çıxan fikirlər rəhbərliyin bu addımı atmasına səbəb olub.

Məlumata görə, Kamran Ağayevin legioner futbolçularla münasibətlərinin soyuq olması səbəbindən serb mütəxəssis belə bir addım atıb.

Qeyd edək ki, qolkiperin başqa kluba keçəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA