Şirvanda polis əməliyyatı: saxlanılanlar var - FOTO
19-04-2021 [16:57]
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumatına görə, bu məqsədlə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan külli miqdarda heroin və digər növdən olan narkotik maddələr götürülüb.
Əməliyyat zamanı əvvəlcə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyi və yaşadığı evdə gizlətdiyi ümumi çəkisi 45 qram narkotik vasitə tiryək aşkar olunub. İlkin araşdırma zamanı Elxan Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində təyin edilən yerdə götürdüyünü və satmaq məqsədi ilə Şirvan şəhərinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhərində həyata keçirilən digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov da saxlanılıblar. Axtarış zamanı Vidadi Feyziyevin üzərindən 36 qram metamfetamin, Nadim Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov da saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb