"Xəzər Lənkəran" Antalyada!

img

08-01-2014 [10:39]


Artıq üç gündür ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan "Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

Klubun saytında verilən məlumata görə, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.

ünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara aldı. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynadılar ki, Mustafa Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verildi.


Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan "Xəzər Lənkəran”a qoşulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA