Emin Əmrullayev UNICEF-lə İllik Fəaliyyət Planı imzaladı

Emin Əmrullayev UNICEF-lə İllik Fəaliyyət Planı imzaladı

CƏMİYYƏT

16.04.2021, 16:01

Təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, görüşdə Təhsil Nazirliyi və UNICEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.     

Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə UNICEF arasında 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planı imzalanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR