Hökumət sözçüsündən "Brifinq olacaq, karantin rejimi sərtləşdiriləcək" xəbərinə - Reaksiya 

img

14-04-2021 [17:30]


Son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Mia.az xəbər verir ki, artıq sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sabah brifinq təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Mövzu ilə bağlı Qazet.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, brifinqin təşkili ilə bağlı məlumatı yoxdur: "Mənim məlumatım yoxdur. Məndə belə bir informasiya yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR