Balakəndə nişan mərasimi keçirənlər barəsində protokol tərtib olunub

img

13-04-2021 [17:41]


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Katex kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Akif Osmanovun qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi və mərasim iştiakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR