Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
10.04.2021, 00:04
Qoç - Məqsədə çatmaq üçün çox çalışırsınız. Lakin o məqsədə aparan yolun istiqamətini və niyyəti reallaşdırmağın variantlarını düşünün. Sədləri aşmaq, zor tətbiq etmək barədə düşünməyin. Belədə, ola bilsin ki, məqsədə çatasınız. Amma vaxt və qüvvə israfı böyük olacaq. Bəzi tədbirlərdən, görüşlərdən, habelə əyləncədən imtina etməli olacaqsınız.
Ruhdan düşməyin. Əldə olunan qələbənin sevinci sizə hər şeyi unutduracaq.
Günün ikinci yarısında hansısa çoxdankı münaqişənin yenidən alovlanması istisna deyil. Bəzi adamlar vaxtilə onlara vurduğunuz zərbələri xatırlayacaqlar. Münasibətlərdə diqqətli olun.
Buğa - Qəfil uğur, işlərdə ciddi irəliləyiş ola bilər. Bu gün əldə edilən razılaşmalar və sövdələşmələr sərfəlidir. Peşəkar fəaliyyətlə bağlı məsələlərin həllində intuisiyanı dinləyin. O, sizi aldatmayacaq.
Danışıqlarda və müzakirələrdə aktiv olun. İndiyədək sizinlə sərin münasibətlərdə olan insanda sizə rəğbət hissi yarana bilər.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Onlardan biri, istəyiniz varsa, dostluğa çevrilə bilər. Yaşam arealında yeniliklər, təmirə başlamaq, interyer predmetləri almaq üçün əlverişli zamandır.
Əkizlər - Nikbin olun. Günün ilk yarısı kiçik anlaşılmazlıqlar və həllini tələb edən problemlər baxımından zəngin olacaq. Vaxt ötdükcə müsbət təmayüllərin təsiri güclənəcək. Situasiya yaxşılığa doğru dəyişir. Peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin öhdəsindən gələ bilərsiniz. Çətin anda sizə dayaq olan müttəfiq və tərəfdaşların yardımlarından yararlanın.
Kiçik ağrılar ola bilər. Amma səhhətinizdə ciddi problemlər yaranmayacaq. Axşam saatları gəzinti, dostlarla görüş və romantik təmaslar üçün əlverişlidir.
Xərçəng - İntellektual potensial səviyyəsi yüksəkdir. Çətin problemlərin öhdəsindən gələcəksiniz. Ağır vəziyyətə düşən tanışa və ya dosta yardım edin. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin. Nüfuzlu insanın dəstəyini ala bilərsiniz. Yeni işə keçmək, habelə fəaliyyətinizin istiqamətində köklü dəyişiklik etmək olar.
Şəxsi münasibətlər sarıdan düşərli gündür. İllüziyalara qapılmayın. Özünüzü və ətrafınızdakı insanları dəqiq qiymətləndirin. Belədə qarşılıqlı anlaşma əldə etmək çətin olmayacaq.
Şir - İşgüzar görüşlər və danışıqlar üçün əlverişli gündür. Opponentləriniz konstruktiv dialoqa hazır olmasalar belə, məqsədə çata bilərsiniz. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, diqqətli olun. Dəvət aldığınız tədbirə qatıla bilərsiniz.
Gəlirlər istisna deyil.
Əks cins mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Yaxınlarınız sizə dəstək verir, işlərinizdə kömək etmək istəyirlər. Yeni romantik münasibətlər başlana bilər. Onlar ilk əvvəl asan olmasa da, zaman keçdikcə daha harmonik səciyyə daşıyacaq.
Qız - Başladığınız işi sonuclamaq üçün inadkar və qətiyyətli olun, səy göstərin. Dərhal təslim olmayın, geri çəkilməyin. Şəraitdən və yaranan situasiyadan, problemlərdən asılı olmayaraq irəliləməyə çalışın. Zamanın sınağından çıxmış müttəfiqlərin sayəsində rəqibləri üstələyə bilərsiniz. İndiyədək sizə dəstək vermək istəməyən insanı öz tərəfinizə çəkin.
Ailədə kiçik anlaşılmazlıqlar ola bilər. Mənasız, kiçik, önəmsiz məsələlərə görə mübahisə, ya da dartışmaya səbəbkar olmayın.
Dostlarla görüş üçün yaxşı vaxtdır. Romantik ünsiyyətlə bağlı gözləntilərdə yanılacaqsınız.
Tərəzi - Adi günlərdən fərqli olaraq əhvalınız sürətlə dəyişəcək. Sağlam məntiqin emosiyalara yenilməsinə imkan verməyin. Ən əlverişsiz məqamda hisslərə qapılmayın. Evdə və işdə problemlər çoxdur, gün gərgindir. Dəqiq, səlis fəaliyyət planı hazırlayın. Əvvəlcədən tərtib olunmuş plan üzrə hərəkət etsəniz, mənasız emosiyalardan qurtularsınız.
Anlaşma, sövdələşmə, alış-verişdə pul xərcləmək üçün əlverişli gün deyil. Qənaətcil olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Əqrəb - Günün ilk yarısında başlayacağınız işlərdə uğur qazana bilərsiniz. İntizamlı, iradəli, soyuqqanlı davranın. Yaranan yeni imkanlardan dərhal istifadə etməyə çalışın. İfşa olunmaqdan qorxmayraq hiyləgərlik etmək olar. Əsas odur ki, kimsəyə zərər vurmayasınız.
Bilik, informasiya, təcrübə əldə etmək üçün düşərli gündür.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Hüquqi məsələnin həlli ilə məşğul olmaq, məsləhət üçün vəkilə üz tutmaq olar. Maliyyə fonu əlverişlidir.
Oxatan - Sizi aldatmağa, fırıldaq qurbanı etməyə çalışacaqlar. Təxribatlara uymayın, tələyə düşməyin. Situasiya nə qədər qarışıq olsa da, yaşananları adekvat dəyərləndirin. Yeni tanışlıqlar olacaq. İşgüzar fəaliyyət baxımından faydalı ola biləcək şəxslərlə münasibətlər quracaqsınız. İşdə rəhbərlik, müstəqil fəaliyyətdə isə tərəfdaşlarla dil tapın. Karyera inkişafı və irəliləyiş istisna deyil.
Planlaşdırılmamış səfər ola bilər. Dostlar və ya qohumlardan birinin üzləşdiyi problemi çözməkdə həmin şəxsə yardım edin.
Günün ikinci yarısı gəlirlər istisna deyil.
Oğlaq - Nə baş versə də, soyuqqanlı qalmağa çalışın. Problemlər narahatlıq və ya nigaranlığa səbəb olmaq üçün əhəmiyyətli deyil. Bir neçə gün sonra bu günün hadisələrini unudacaqsınız. Əsas odur ki, əvvəlcədən hazırladığınız planlardan əl çəkməyin, prinsiplərinizə xəyanət etməyin. İşdə həmkarlarla və dostlarla fikir ayrılığı ola bilər. Bir müddət sonra onlar haqlı olduğunuzu etiraf edəcəklər.
Yaxınlarınızla ünsiyyətdə münaqişələrə yol verməmək üçün səbirli olun. Ailə üzvləriniz sizi təbdən çıxara bilərlər. Amma aqressiv olmayın.
Dolça - Diqqət mərkəzində olacaqsınız. Nüfuzlu şəxslər ideyalarınız və planlarınızla yanaşı, onların həyata keçirilmə yolları ilə də maraqlanırlar. Onlardan biri sizə yardım etmək istəyəcək. Gəlirlər istisna deyil.
Bizneslə məşğul olursunuzsa, sərmayədar tapacaqsınız. Yeni bazarlara çıxa bilərsiniz. Anlaşma, sövdələşmə, müzakirələr üçün yaxşı gündür.
Alış-veriş etmək olar. Bədxərclik etməyin. Qeyri-adi əşyalar ala bilərsiniz. Zövqünüz sizi aldatmayacaq. Nəticəsi sizi uzun müddət sevindirə biləcək işləri seçin.
Ailə üzvləri və yaxınlarla ünsiyyətdə qayğıkeş, səmimi olun.
Tərəfdaşlarla yeni birgə layihəyə başlamaq olar.
Balıqlar - Sizi maraqlı görüşlər gözləyir. Taleyin sizi qarşılaşdırdığı insanlar barədə tələsik qərar verməyin. Onların düşündüyünüzdən yaxşı olmaları istisna deyil. Yeni romantik münasibətlər yarana bilər.
İşdə rəhbərliklə mübahisə yaranarsa, mövqelərinizdən geri çəkilməyin.
Önəmli sənədlərlə iş, maliyyə hesabatlarının hazırlanması, dövlət qurumlarının mənsubları ilə təmaslar üçün uğurlu gün deyil. Çətinliklər yaranarsa, onları qət etməyin ən sadə yolunu arayın. Həmin yol optimal variantdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!
Bugün, 00:52 İDMAN
-
Suriyada yanacaq qiymətləri bahalaşdı, etirazlar böyüdü
Bugün, 00:41 DÜNYA
-
HUSİLƏR YƏMƏNİ SÜRƏTLƏ ƏLƏ KEÇİRİR: hökumət itkiləri etiraf elədi, qruplaşma isə...
Bugün, 00:29 GÜNDƏM
-
Hakan Fidan Şeybani və Xəttabla görüşüb
Bugün, 00:24 DÜNYA
-
İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb
Bugün, 00:17 DÜNYA
-
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var
Bugün, 00:07 GÜNDƏM
-
Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
"Qalatasaray" doğma meydanında qalib gəldi
13.09.2026, 23:03 İDMAN
-
"İçində ilan zəhərini gəzdirən biri gəlib öz zəhərini tökür…" - İcra başçısı qəzəbləndi
13.09.2026, 22:30 SİYASƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri istintaqa çəkildi - Kəşfiyyatçının sirli ölümü ilə bağlı
13.09.2026, 21:53 MƏDƏNİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
13.09.2026, 17:40 MƏDƏNİYYƏT
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı
13.09.2026, 14:53 PRESS
-
Mətbudaşlar, Şuşaya yox, problemlərin üstünə gedin!
13.09.2026, 14:47 PRESS
-
Sabah yağış yağacaq
13.09.2026, 12:22 CƏMİYYƏT
-
"Şəki yaylası"da faciəli şəkildə ölən Coşqunun dayısı: "Dedilər ki, digər meyit 200 metr aralıdadır, gedib gördüm..." - VİDEO
13.09.2026, 09:27 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13.09.2026, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN