Hacıbala Abutalıbovdan yayılan xəbərə maraqlı reaksiya: "Həbs olunmağını istəyənlər ürəyi bəd olanlardır"

img

08-04-2021 [15:57]


Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır:

“Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır”/demokrat.az.

Qeyd edək ki, Qənimət Zahid “Azərbaycan saatı” verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA