Fatma Hüseynovanın evinə yenə oğru girib - Polis onu evin zirzəmisində yaxalayıb

img

07-04-2021 [12:08]


Sabirabadda Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb.

 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, rayon sakini Fatma Hüseynova Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

Məlumata görə, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib.

Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib.

Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR