"Nəqşicahan" AAK və futbolçular kimsəsizləri sevindirdi

img

31-12-2013 [20:32]


 Bu gün "Nəqşicahan" AAK-nın bir qrup azarkeşi və "Araz-Naxçıvan" PFK-nın 3 futbolçusu - Eşqin Quliyev, Elgiz Kərəmli və Elmin Çobanov "Azərbaycan Uşaqlar Birliyi"nin nəzdində olan sığınacaq evində məskunlaşmış körpələrə baş çəkib. 

 "Azərbaycan Uşaqlar Birliyi"nin meneceri Həcər Ağayeva bu bayramlar günündə "Nəqşicahan" AAK-nın belə bir addım atmasını alqışlayıb təşkilatçılara minnətdarlığını bildirib: "Bu gün siz gənclərin belə bir addım atması bizi həqiqətən də sevindirir. Çünki bu gün bu körpələrin belə bir sevgiyə, məhəbbətə, sığala ehtiyacı vardır. Sizlər burda olan zaman o körpələrinin necə sevindiyinin şahidi oldunuz. Təəssüflər olsun ki, bəzi valideynlər belə hissləri duya bilmir, övladlarını tərk edirlər, onların həyatını məhvə sürükləyirlər. Amma sizin kimi gənclərin, qeyrətli insanların sayəsində biz bu körpələrin sağlam böyüməsi, gələcəkdə Azərbaycana gərəkli övlad olmaları yönündə var gücümüzlə çalışırıq. Bir daha Sizlərə təşəkkür edir, bu bayram günlərində hər birinizin evinə ruzi-bərəkət, əmin-amanlıq arzulayırıq».

 "Nəqşicahan" AAK-nın qrup rəhbəri Emin Tarverdiyev hər bir azərbaycanlını belə xeyirxah əməllər etməyə çağırıb: "Bu gün xalqımız üçün əlamətdar bir gündür. Azərbaycanda bayram bayrama qatışıb. "Nəqşicahan" AAK olaraq düşündük ki, bu bayram günlərində valideyn himayəsindən məhrum olmuş körpələrimizə baş çəkək. Bu bizim həm bir azərbaycanlı, həm də bir vətəndaşlıq borcumuzdur. Burda sığınacaq tapmış hər bir körpə bizim gələcəyimizdir. "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbərliyinə minnətdarlıq edirik ki, bu körpələrə sahib çıxıb. Biz burda olarkən şahid olduq ki, Azərbaycan gənclərinin, ziyalılarımızın, tələbələrimizin yadından bu körpələr heç zaman çıxmır.

 Öz adımdan, "Nəqşicahan" AAK-nın rəhbərliyi və çoxsaylı azarkeşləri adından bu körpələrin hər birinin bayramını təbrik edir, onlara ən əsası cansağlığı, firəvan həyat arzulayırıq".

 Sonda «Nəqşicahan» rəhbərliyinin aldığı bayram sovqatı "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbərliyinə təhvil verilmiş, körpələrlə xatirə şəkilləri çəkilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA