Ara Ayvazyan: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır"

img

29-03-2021 [14:21]


Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

“Aprelin 1-də MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Bu ana üçtərəfli və ya ikitərəfli (Azərbaycan XİN başçısı ilə) görüşün keçirilməsi nəzərdə tutulmayıb. Təbii ki, iclasda müxtəlif tərəfdaşlarla görüşlər olacaq”, - o, deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA