Deputat: "AMEA ilə bağlı durum nə zamansa ürəkaçan olubmu?" - MÜSAHİBƏ
25-03-2021 [17:32]
Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ölkə gündəminin vacib və aktual mövzuları ilə bağlı maraqlı müsahibə verib.
Müsahibəni oxucuların diqqətinə çatdırırıq:
- Fazil bəy, ölkəmizdə “5-ci kolon”la bağlı təhlükə hələ də qalırmı, yoxsa Qarabağ zəfərindən sonra həmin qüvvələr tam neytrallaşmış sayıla bilər?
- Bu gün “5-ci kolon”un ən narahatedici elementləri hərbi sferada qalanlardır. Digər sferalarda bu, elə də böyük təhlükə yaratmır. Çünki dövlətin gücü qarşısında, prezidentin həm savaş dövrü, həm də savaşdan sonrakı proseslərdə qətiyyətli duruşu onların çoxunu həmrəylik içində olmağa məcbur etdi. Təbii ki, bu səmimi bir seçim sayılmasa da, hər halda onlar aktiv rollarını təxirə salmalı oldular. Ancaq hərbi sferada “5-ci kolon”un mövcudluğu məlum “Tərtər işi” və başqa hadisələrin fonunda daha qabarıq üzə çıxdı. Savaş zamanı da bəzi yüksək rütbəli zabitlərin davranışlarında müəmmaları da bilik və bacarıqların azlığı kimi yozmaq sadəlövhlük olardı. Ordumuzla bağlı təhqiqat və istintaq orqanlarının fəaliyyətində də ortaya çıxan problemləri də “5-ci kolon”un təhlükəsi kontekstindən araşdırmağa bəlkə də indi daha çox zərurət vardır.
- Son dönəmlər Azərbaycan Milli Elmlər Akademiyasının adı neqativ məsələlərdə daha çox hallanır. Normalda bura elm ocağı olaraq xalqın taleyinə işıq saçmalı olduğu halda, son zamanlar qeyri-elmi məsələlərlə gündəmdədir. Sizcə, bu, nə vaxta kimi davam edəcək? Bəlkə sovet dövründən qalmış bu qurumun ləğvi daha doğru olardı...
- AMEA ilə bağlı durum nə zamansa ürəkaçan olubmu? Sovet dövründə hansı böyük kəşflərin arxasında bizim Elmlər Akademiyası durub? Xırda-para uğurları demirəm, ancaq bizim öz auditoriyamıza söylədiklərimizi nəzərdə tuturuqsa, bunlar dünyanın elmi katoloqlarda elə də əhəmiyyətli yer tutmurdular. Təbii ki, yaxşı alimlərimiz olub, ancaq dünya nəhəngləri sırasında akademik, professor titulu ilə yer qazanmaq qaydası keçərli sayılmadığından sadəcə öz milli oxumuz ətrafında fırlanmalı olmuşuq. Müstəqillik dövründə isə AMEA elmin siyasiləşdirildiyi qurum olub. 30 il ərzində bəlkə də ölkədə ən durğun qurum AMEA olub. İndi sadəcə, internet informasiyası daha çevik yayıldığına görə orada alınan qərarlar da diqqətçəkici olur. Fikrimcə, bu qurum elmi tədqiqatlar məkanından daha çox elmi adların girovuna çevrilmiş çox saylı insanın sosial təminat müəssisəsidir. Məhz bu amilə görə yüzlərlə insanın sosial durumunu düşünərək bu müəssisəni ləğv etmək olmaz. Həm də ləğvetmənin alternativi yüksək səviyyəli texnologiyaya və muxtariyyətə sahib universitet modelidir. O modeli isə təəssüf ki, müstəqillik dövründə Biləcəridən o tərəf üçün yarada bilməmişik. Çünki orta təhsilin keyfiyyətini qaldırmadan bunu etmək də mümkün olmazdı.
- Parlamentin az qala hər sessiyasında çap məhsullarıın 18 faizlik ƏDV-dən azad edilməsini təklif etsəniz də, məsələ həll olunmamış qalıb. Elə Xəzərin hasarlardan xilas edilməsi barədə təklifiniz kimi...Maraqlıdır, hər iki məsələ ilə bağlı “hasar”ların sökülməməsinin səbəbi, sirri nədir?
- Hökumətin 18 faizlik ƏDV-ni çap məhsulları üzərindən götürməməsi ölkədə olan kitaba, çapa qarşı məmur laqeydliyinin bir göstəricididr. Bunu qonşularımız Türkiyə və Gürcüstan ona görə etdilər ki, oxumayan cəmiyyətlə yeni çağa girişin mümkünsüzlüyünü dərk etdilər. Dəfələrlə mövzunu gündəmə gətirmişəm, fərdi qaydada bir çox qurumların rəhbərləri ilə müzakirə aparmışam. Düşünürdüm ki, nəhayət, mövzuya həssaslıqla yanaşılacaq, nədənsə indiyədək ciddi maraq göstərənlər tapılmadı. Kitab çapı, tərcümə işi, mütaliə imkanları stimullaşdırılmayınca, cəmiyyətin intellektual inkişafından danışmaq çətin olacaq. Xəzərin hasarlanması məsələsi isə ən üzqarası yerimizdir. Burada söhbət sadəcə, kimlərinsə öz statusuna və ya puluna arxalanıb hasarladığı, insanları məhrum etdiyi dənizdən getmir, dəniz kimi bir nemətə qarşı total naşükürlüyümüzdən gedir. İnsanın dənizlə əlaqəsini necə insafsızcasına kəsə bilərsən? Budur, artıq ekoloji fəlakət yaşanmaqdadır. Dənizin suyu azaldıqca, Xəzər sahilləri ildən-ilə ekoloji fəlakət zolağına çevrilməkdədir. Dənizin suyu qədər nəfsimiz də azalsaydı, Allahın bu məmləkətə verdiyi nemətlərə daha layiqli şükranlıqla yanaşa bilərdik.
- Fazil bəy, parlamentin son iclasındakı çıxışınızda bildirdiniz ki, ötən il 35 min nikah bağlanıb, nikahlardan 14 600 -ü isə boşanma ilə nəticələnib. Eyni zamanda, siz Operativ Qərargahın toylarla bağlı qadağasının da əleyhinə çıxış etdiniz. Necə bilirsiniz, ölkədə hər iki toydan biri boşanma ilə nəticələnəcəksə, bəlkə toy mağarı qurmazdan əvvəl əvvəlcə bu nəticəni doğuran səbəblər araşdırılsa, problemlərin həlli istiqamətində işlər aparılsa, daha yaxşı olardı, elə deyilmi?
- Boşanma ilə bağlı rəqəmlər olduqca narahatedicidir. Burada ilk növbədə iqtisadi-sosial problemlər, eyni zamanda təhsil və sağlamlıq problemləri səbəb olaraq göstərilə bilər. Son bir ildə isə prosesin yanlış tənzimlənməsi demoqrafik sıxıntılarırı da özü ilə gətirməkdədir. Anlaşılandır ki, bizim müstəqillik dövründə icad olunan ənənəvi toy adətimiz şöhrətpərəstliyin və israfçılığın arzuolunmaz nümunələri kimi yaddaşlarda assossasiya olunur və məhdudiyyətlər daha çox bu düşüncə üzərindən tətbiq olunur. Ancaq şüurlu insanlar üçün yeni dövrün mahiyyəti anlaşılandır və say, eləcə də vaxt məhdudiyyəti ilə bu toyları keçirmək mümkün olduğu halda, ümumiyyətlə, qadağan olunması xeyli absurd görünür. Pandemiya başlayanda təklif etmişdim ki, uzağı 50 nəfər ümumi say və 3 saatlıq vaxt məhdudiyyəti ilə gigiyenik qaydalara əməl etməklə toylara icazə vermək olar. Yaxşı olardı ki, bankda bəylə gəlinin adına ayrıca hesab açılardı və dəvət olunan şəxslər bu hesaba arzuladığı vəsaiti köçürməklə özləri mərasimdə iştirak etmədən də yeni qurulan ailəyə dəstək verərdilər, bununla qohumluq və ya dostluq münasibətlərinə də xələl gəlməzdi.
- Naxçıvanda belə məhdudiyyətlərlə toylara icazə verildiyi deyilir.
- Əgər Naxçıvanda toyların keçirilməsinə qərar verilibsə, demək ki, şəraiti doğru dəyərləndiriblər. Bir də təkrarlayıram ki, Azərbaycanda da say və vaxt məhdudiyyəti ilə toyların keçirilməsinə icazə verilməməsi çox ciddi yanlışlardan biridir. Ümumiyyətlə, son vaxtlarda alınan qərarlarda bir neçə absurd yanaşma müşahidə olundu: toylara icazə verilməməsi, metronun uzun müddətdir qapadılması, eyni zamanda qapalı idman salonlarının açılmaması. Burada şəxsən mən hələ də məntiq tapa bilmirəm. Rayonlara gediş-gəlişin məhdudlaşdırlmaması da Operativ Qərargahın müsbət yanaşması kimi qiymətləndirilməlidir. İnsanları hədsiz yoxsullaşmaya düçar etmək olmaz, sadəcə nəzarəti gücləndirməklə iş həyatını canlı saxlamaq lazımdır.
- General Nəcməddin Sadıkovun Dubayda istirahət etməsini əks etdirən kadrlar geniş müzakirə olundu. Siz necə qarşıladınız bu məlumatı və görüntüləri?
- Adını xatırlatdığınız şəxs 30 ildir Müdafiə Nazirliyində istirahət edib, anlamıram ki, indi Dubayda istirahət etməsi niyə bu qədər ajiotajla qarşılanıb? O qədər Dubayda vaxtilə istirahət edənlər tanıyıram ki, indi daha layiq olduqları yerdə, həm də uzunmüddətli “istirahət” edirlər. Azərbaycan ordusu müəssisə olaraq bizim müqəddəs ocağımızdır, orada namus və vicdanla xidmət etməyənlərin şərəfli vətəndaş sayıldığının indiyədək şahidi olmamışam. Yaxşı ki, bu ölkənin İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanı vardı. Son milli savaşda bütün məsuliyyəti öz üzərinə götürərək möhtəşəm qələbəni təmin etdi və bir çox yalançı qəhrəmanın növbəti dəfə boy göstərməsinə imkan tanımadı.
- Bir ildən çoxdur bəşəriyyətin başı üzərində kabusa dönən COVİD-19-la bağlı gözləntiləriniz necədir? Yeri gəlmişkən, dünyanın aparıcı mərkəzləri və alimləri nələr olacağını bilmədiyi halda, ekstrasens Zirəddin Rzayev deyib ki, aprel-may ayında virus Azərbaycanda minimum həddə düşəcək. Siz necə, bu nikbinliyi bölüşürsünüz? Onsuz da sosial vəziyyətlə bağlı problemlər yaranıb. Xəstəliyin artan xətt üzrə getməsi ölkəmizə nə vəd edir?
- COVİD-19 dünyanın qarşılaşdığı ən ağır problemdir, bunu da dünya ölkələri ilə birlikdə çözməliyik. Yəni bizim iradəmizdən asılı olan çox az məsələ var. Peyvəndləmə davam etməldir. Qaldı ki, Zirəddinin proqnozuna, düşünürəm ki, Şeyx Nəsrullahın ölü diriltməyə inandırdığı cəmiyyətin üzvləri kimi, onun da kəramətinə inanaların çox olduğu bir yerdə gələcəyimizə bu cür müdaxilələri anlaşılandır. Ancaq Azərbaycanda az sayda da olsa, içində cəhalət və xurafat xofu gəzdirməyən insanlar yaşayır və onlar yalnız elmi biliklərin rolu ilə bu bəlanın çözüləcəyindən əmindirlər.(musavat.com)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər