Aktrisadan Lider TV-nin əməkdaşına şok ittiham: "Evimdən brilyantlarımı oğurladılar"

img

26-03-2021 [15:35]


Aktrisa Çimnaz Soltanova "Lider" telekanalının əməkdaşı Zərif Əlixanovanın onun qızıllarını oğurladığını iddia edib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Xəbər-ətər" verilişində bu haqda danışıb. O bildirib ki, hadisə 3 il əvvəl olsa da, hələ də dələduz cəzalandırılmayıb:

 "Üç ildir ki, evimdə oğurluq olub. Ən yaxın rəfiqəm brilyantlarımı oğurlayıb. Zərif Əlixanova "Lider" telekanalında işləyirdi. Həmin vaxt onla yaxın idim, hətta prodüserliyimi edirdi. Özü də izahat yazıb və boynuna alıb ki, özüm və qızım etmişik. Qızı uşaqdır, onun boynuna atır. Uşaq da durub deyir ki, mən etmişəm.

Bu adam dələduzluqla məşğuldur. Yeni il ərəfəsi çəkilişdən gəlmişdim. Həyat yoldaşımın aldığı 32 min avroluq sırğanı çıxarıb qoydum stolun üstünə. Hamı bilir ki, mənim keçmiş həyat yoldaşım professordu və Almaniyada həkim çalışırdı. Bir də mənə valideynlərimdən köhnə qızıllar qalmışdı. Onu belə götürüb aparıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA