Xalqı özünə vurğun edən Səməd Vurğun... - FOTOLAR
23-03-2021 [11:59]
21 mart Azərbaycanın ilk Xalq şairi, ürəklərdə, könüllərdə yaşayan böyük şairimiz Səməd Vurğunun anadan olmasından 115 il ötür...
Gözümü açandan ailəmizdə, ətrafımda, tərbiyə aldığım uşaq bağçasında, təhsil aldığım orta məktəbdə, universitetdə...
bu möcüzəli adı eşitmişəm - SƏMƏD VURĞUN adını...
Vətəninə, doğulduğu el-obanın gözəlliyinə, təbiətinə vurğun olan "el bilir ki, sən mənimsən" deyən bu böyük şairin poeziyasının sehrinə düşmüşəm...
Onun əlçatmaz olduğu qədər sadə, sadə göründüyü qədər böyük, adi göründüyü qədər nəhəng olduğunu bilmişəm.
Bu ad elə bil beynimə, ürəyimə köçüb. Əvvəl ixtiyarsız sevmişəm onun şeirlərini. Yaş ötdükcə gerçəkdən böyüklüyünü, dahiliyini dərk etmişəm. Şeirlərinin şirin dili, gözəlliyi, saf, təbii, dumduru olduğu qədər dərin hisslər bəxş etdiyi duyğular içimdə zərif hisslər oyadıb. Çox sevmişəm onu. Yaxınım kimi, əzizim kimi, ailə üzvüm kimi, əmim-dayım kimi...
Və heç görmədiyimə görə təəssüf etmişəm. Əslində, mən dünyaya gəlməmişdən çox-çox əvvəl dünyasını dəyişsə də, hər gün baba və nənəmin, ata-anamın, yaxınlarımın dilindən eşitdiyim şeirləri, haqqında danışılan min bir əhvalatlar, əfsanələrlə... tanımışam onu. Şeirləri, söz-söhbətləri ilə ailə üzvümüzə çevrilib. Mənə elə gəlib ki, o elə mənimlə bir yerdə doğulub, içimdə elə mənimlə bir yerdə də mən olduqca yaşayacaq! "Azərbaycan"ı, "Dağlar"ı, "Bənövşə"si, "Ceyran"ı, "Vaqif"i, "Aygün"ü, "Muğan"ı..., haqqında danışılan söz-söhbərləri, dillərdə gəzən əfsanələri ilə birgə...
Sonralar bu sevgiyə Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və bu gün Vurğun Vəkilov, Yusif Ziyadzadə... sevgisi də qarışıb...
Fikirlərimi böyük ədibimiz Süleyman Rəhimovun Səməd Vurğunun dəfn mərasimində ürəyi dağlana-dağlana, yana-yana dediyi fikirləri ilə bitirmək istəyirəm:
“Neçə gündür Səməd Vurğun öz şahin gözlərini yumub. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz köksündə kədərlə layla çalır. Neçə gündür ki, ara verməyən xalq axını dərin bir nəhr kimi şairin cənazəsi qarşısından burula-burula axır…
Əlvida Səməd!
Əlvida, bizim ürəyimizdə, hər ailədə, hər evdə, hər kaşanədə, hər komada, hər sazda-simdə, nəğmədə yaşayan, min illər boyu yaşayacaq dostumuz!
Əlvida, bizim xalqın bahadır şairi!..”
Məkanın cənnət olsun, böyük Şair, böyük İnsan!
Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəçək.
Azərbaycanın ilk Xalq şairi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biri,
Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956) "Şərəf Nişanı" ordenli Səməd Vurğun zamanında əfsanələşən, xalqı tərəfindən çox sevilən, adı dillərdə gəzən şairlərindən biri olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
QISA ARAYIŞ:
Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 1906-ci il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir və məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. O, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi. Seminariyada o, ilk şeirlərini qələmə alır. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində onun yazdığı siyasi məzmunlu və lirik şeirlər 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır. 1934-cü ildə isə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır və 1941-ci ildə həmin əsərə görə "Stalin mükafatı"na layiq görülür. 1939-cu ildən başlayaraq o, Nizami Gəncəvi haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun "Leyli və Məcnun" poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır və bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də Opera və Balet Teatrında şairin təntənəli yubiley gecəsi keçirilir, iki həftə sonra 1956-cı il may ayının 27-də, Səməd Vurğun vəfat edir və Fəxri Xiyabanda dəfn edilir.
Səməd Vurğun bu dünyada cəmi 50 il yaşadı. Xalq şairi baharda doğulduğu kimi, elə 1956-cı ilin baharında da dünyasını dəyişdi.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Ərdoğan Misir XİN başçısını qəbul edib - FOTO
İraqda seçki - Baş nazirin lideri olduğu koalisiya qalib gəlib
Polşa XİN başçısından şok açıqlama: "Ot yeyərik, lakin Rusiya müstəmləkəsi olmarıq"
Məkkənin cənubu su altında qalıb - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kürdəmirin yeni icra başçısı haqda maraqlı məlumat yayıldı
"Sabah bizi gərgin və önəmli oyun gözləyir" - Ayxan Abbasov
Ərdoğan Gürcüstan prezidenti ilə zəngləşdi - Təyyarə qəzası ilə bağlı müzakirə aparılıb
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman