Azərbaycanın diplomatı nüfuzlu xarici mətbuata yazdı: "Ermənistan Qarabağa hərbçilərini zorla göndərir – BMT məsələyə diqqət çəkdi" - TAM MƏTN
17-03-2021 [19:23]
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldovanı aparıcı xəbər portalı olan tribuna.md saytında analitik təhlil yazısı dərc olunub.
Mia.az xəbər verir ki, məqalə “АРМЕНИЯ НАСИЛЬНО ОТПРАВЛЯЕТ И РАЗМЕЩАЕТ СВОИХ ВОЕННЫХ В КАРАБАХЕ (ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА). ООН ОБРАТИЛ НА ЭТО ВНИМАНИЕ”
(Ermənistan Qarabağa hərbçilərini zorla göndərir( Azərbaycan ərazisi) – BMT məsələyə diqqət çəkdi- red.) adlanır:
Mia.az həmin məqalənin Azərbaycan dilinə tərcümə olunmuş varinatını təqdim edir:
***
10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzalanıb. Lakin Ermənistan 4 ay ərzində üçüncü dəfədir ki, sülh müqaviləsini və beynəlxalq hüququ kobud şəkildə pozur.
Bu, ilk dəfə noyabr-dekabr aylarında baş verib. Sonra bəzi erməni təxribat dəstələri demək olar ki, Azərbaycan ərazisində "gəzmək" və özlərini "itkin düşmüş hərbçilər" elan etmək qaydalarını qəbul ediblər. Ancaq onlar Azərbaycan əsgərlərini və mülki şəxsləri öldürürdülər. Bütün bunlar həqiqi terror aktları idi. Beləliklə, 26 noyabrda Xocavənd rayonunun Sur kəndində Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumu nəticəsində üç azərbaycanlı əsgər şəhid olub, iki hərbçi yaralanıb. Daha sonra, 8 dekabrda terrorçular Hadrutda silahlı bir təxribat təşkil edərək Azərbaycan əsgərlərinə atəş açıblar. Bu zaman iki azərbaycanlı yaralanıb, biri öldürülüb. Ermənilər, həmçinin bölgədə texniki avadanlıqlar quraşdıran Azercell mobil operatorunun işçilərinə hücum ediblər, onlardan biri yaralanıb. İnsanların ölümünün qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatları həyata keçirib. Nəticədə silahlılar əsir götürülü və indi qanunala məsuliyyət daşıyırlar.
İkinci qayda pozuntusu Ermənistanın Qarabağın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsi ilə əlaqədardır. Onlar yalnız Dağlıq Qarabağı xarabalığa çevirib qarşılarına çıxan hər şeyi məhv etmədilər, eyni zamanda orada yaşamadıqları torpaqları da minalayıblar. İndiyə qədər Ermənistan rəhbərliyi Azərbaycan tərəfinə bu minalanmış ərazilərin xəritəsini verməyib. Xəritə olmadan daima günahsız vətəndaşlar öləcək. Ümumilikdə, 10 noyabrdan etibarən 14 Azərbaycan vətəndaşı- 5 hərbi qulluqçu və 9 mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanı olub. 52 hərbçi və 8 mülki şəxs isə ağır yaralanıb.
İndi isə Ermənistan öz hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirməyə çalışır. Erməni hərbçilərinin Ermənistandan Laçın dəhlizi boyunca mülki geyim və nəqliyyatda, Rusiya sülhməramlılarının nəzarətindən çıxaraq Dağlıq Qarabağa gizli şəkildə getmələri barədə faktlar var. Bu faktlar müstəqil media tərəfindən qeydə alınıb. Üstəlik, beynəlxalq mediada yer alan məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti aldadılaraq və zorla Dağlıq Qarabağda hərbi xidmətə cəlb olunur. Bu, həm hərbçiləri, həm də ailələrini narazı salır. Həm də bütün bunlarla Ermənistan beynəlxalq öhdəliklərini, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və riayət etmə öhdəliyini kobud şəkildə pozur.
Bütün bu hərəkətlər bölgədəki sabitliyin pozulmasına yönəlib və bu baxımdan Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov hər dəfə BMT-nin Baş katibi Antonio Quterreşə erməni tərəfinin davranışlarına, onların bütün təxribatlarına diqqət yetirmək xahişi ilə məktublar ünvanlayıb. Məktularda həmçinin günahsız Azərbaycan vətəndaşlarının öldüyü, 10 noyabr sülh müqaviləsi və beynəlxalq hüququn pozulduğu qeyd edilir.Bu məktubların BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi olaraq yayılması isə böyük uğurdur. Beynəlxalq təşkilatların Ermənistana qarşı lazımi tədbirləri alacağına və təxribatçı qanunsuz hərəkətlərini dayandıracağına ümid edirik.
Müəllif: Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov".
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar