Vüqar Rəhimzadə: "Bu, Ermənistana və ona dəstək verənlərə heç zaman unudulmayacaq dərs oldu”
17-03-2021 [17:37]
“Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə yadda qaldı.”
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Hər bir bölgənin inkişafında infrastruktur layihələrinin uğurlu icrasının əhəmiyyətli rol oynadığını önə çəkən V.Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu: “Bu, ilk layihə deyil. Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Həmçinin Horadizdən Zəngilana qədər yol çəkiləcək. Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Cənab İlham Əliyevin Füzuli rayonuna bundan əvvəlki səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulmuşdur. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Reallaşacaq bu layihələr, həmçinin bölgələrin, ümumilikdə Azərbaycanın iqtisadi potensialının artmasına stimul verəcək. İşğaldan azad edilən bütün şəhərlərin baş
planlarının hazırlanması, “ağıllı şəhər”, “agıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir. Məqsəd soydaşlarımız üçün daha yüksək yaşam standartlarını tətbiq etməkdir. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan bu torpaqlarımızda daş-daş üstə qalmayıb. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnətməkana çevriləcək. Prezident İlham Əliyev “Yenə işğaldan azad edilmiş torpaqlardayam” söyləyərək 30 ilin işğalına son qoyulmasından keçirdiyi sonsuz qürur hissini nümayiş etdirir və bu fikirdə belə bir əminlik öz aydın ifadəsini tapır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qovuşacaqlar. Cocuq Mərcanlı ilə başlanğıcı qoyulan Böyük Qayıdışımız reallığa çevriləcək.”
Baş redaktor dövlətimizin başçısının ilaxır çərşənbədə Qarabağın döyünən ürəyi olan Şuşamızı ziyarət etməsinin də səbəbsiz olmadığını bildirib: “İstər quruculuq-bərpa işləri, istərsə də yeni idarəçilik sisteminin yaradılması ilə bağlı ilk addımlar Şuşada atılıb. 8 noyabrda Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan. Şuşa biz səni dirçəldəcəyik!” söyləyən cənab İlham Əliyev hər bir vədi kimi, bu istəyini də reallığa çevirir. Bu fakt inkaredilməzdir ki, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutacaq. Əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də Vətən müharibəsinin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyildir ki, noyabrın 8-i, Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü kimi təsis edilib. Ermənistan rəhbərliyi onlarla heç bir tarixi əlaqəsi olmayan Şuşanı erməni şəhəri kimi qələmə verir, öz murdar ayaqlarını bu tarixi Azərbaycan torpağına basaraq içki məclisləri təşkil edir, Cıdır düzündə rəqs edərək xalqımızın milli və dini hissləri ilə oynayırdılar. Qondarma rejimin qondarma “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini
planlaşdıran, Cıdır düzündə yallı gedərək xalqımızın səbrini sınağa çəkən Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabrda Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli razılaşmaya imza atmağa məcbur edilməklə diz çökdü. Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu torpaqlara qalib ölkənin qalib Lideri kimi gəlir, üçrəngli bayrağımızı qaldırır və bu inamı ifadə edir ki, bayrağımız burada əbədi dalğalanacaq. Azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacaqlar. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaqlar, insanlar öz doğma el-obasına qayıdacaq, həyat canlanacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.”
Vüqar Rəhimzadə 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ötən 28 ildə əldə etdiyi uğurlara, tarixi Qələbəmizi şərtləndirən amillərə bir daha diqqəti yönəldərək bildirib ki, yeni prioritetlər qarşıdakı dövr üçün geniş imkanlar açır: “Bu gün dünya 30 ilə yaxın dövrdə başına sığal çəkdiyi işğalçı Ermənistanla Azərbaycanın müqayisəsi fonunda ədalət meyarının, beynəlxalq hüququn maraqların arxasında tamamilə itməsinin hansı ağır nəticələrə gətirib çıxardığını görür. Azərbaycan haqlı tərəf kimi hər zaman ən yüksək tribunalardan ədalətli mövqeyini bəyan edib. Müstəqil dövlət olaraq siyasətində də müstəqil olduğunu sübut edib və bu gün də etməkdədir. Azərbaycan bu reallığı da bir daha dünyaya çatdırdı ki, tarixi saxtalaşdırmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaqla tarixi həqiqətləri gizlətmək olmaz. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Xocavənd rayonlarına və Şuşa şəhərinə səfər çərçivəsində Hünərli kəndindəki Alban məbədi ilə tanış olarkən bir daha bu saxtalaşdırmanın, erməni vandalizminin ağır nəticələrini dünya ictimaiyyətinə çatdırdılar. Ermənilər burada erməni dilində yazılar yazmaqla kilsəni erməniləşdirməyə çalışsalar da buna nail ola bilməmişlər. Bu, o deməkdir ki, tarix hər zaman öz ədalətli sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsi tarixi saxtalaşdırmaq yolunu tutan işğalçı Ermənistana və ona dəstək verənlərə ən böyük, heç zaman unudulmayacaq dərs oldu".
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar