Faizə ananın gül toxumu və ya Ağdam səfərinə sözardı
YAZARLAR
15.03.2021, 21:42
Əflatun AMAŞOV,
Mətbuat Şurasının sədri
***
Qapının zəngi çalındı. Açdım ki, Faizə anadır. Qızı qonşumuzdur. Özü ilə də tanışlığımız var, necə deyərlər, qaynayıb-qarışmışıq. Hər dəfə qızıgilə gələndə söhbətləşirik. Ağdamdandır. Biləndə ki, Ağdama gedəcəm, tez özünü çatdırmışdı.
Söhbətə başlayar-başlamaz əlindəki kəlağayı parçasını mənə uzatdı. Təəccübləndiyimi görcək bildirdi ki, arasındakı gül toxumudur. Dərhal da Ağdamdakı evinin yerini başa salmağa keçdi – məscidin yanındakı küçə ilə get, üçüncü döngədən sağa burulanda ikinci darvaza. Faizə xala gülü darvazadan içəri girən kimi su krantının yanında əkməyimi istədi.
Bir anlıq Ağdamın indiki halını təsəvvürümə gətirdim. Gözümün önünə şəhərin işğaldan sonra yayılmış görüntüləri gəldi. Duruxub qaldım. Düşündüm ki, qarşımda dayanan nur üzlü ağbirçəyin xahişini necə yerinə yetirəcəm?
Görünür, vəziyyətimi oxudu və qəfildən sanki məni çətinlikdən çıxarırmış kimi dilləndi – bilirəm, mən də televizorda görmüşəm, dığalar Ağdamı viran qoyublar, amma deyirəm bəlkə evimdən, həyət-bacamdan nə isə qalıb, ona görə bu gül toxumunu sənə verirəm. Bunu da götür, birdən demək olmaz, - deyən Faizə xala qəhvəyi rəngini hələ də itirməyən kəndirə bağlı açarı da ovucuma qoydu. 28 il əvvəl qapısını bağladığı evinin açarını.
Beləcə Ağdam yolçuluğum müddətində bir neçə dəfə məni yaxalayan qəhər ilk dəfə yola heç düşməzdən əvvəl yaxaladı, kövrəldim. Elə Faizə xalanın da gözləri doldu. Bunu göstərməmək üçün dərhal uğurlu yol arzulayıb qapıdan içəri girmədən sağollaşdı.
Faizə oğlunun ikisini də şəhid vermiş anadır. Görün, müharibənin övladlarına qıydığı nə qədər analar var. Ağdamda lap çoxdur. Birinci Qarabağ Müharibəsi dönəmində altı minə yaxın şəhid vermiş müqəddəs diyarımızdır Ağdam. Görünür həm də buna görədir ki, Ulu öndər Heydər Əliyev çıxışlarının birində ağdamlıların qarşısında baş əydiyini böyük yanğı hissi ilə dilə gətirmişdi. Ağdama Baş Qərvənd yolu ilə girər-girməz bütün bunları düşündüm və rayonun işğalını doğuran proseslər gözümün önündə sanki kino lenti kimi canlandı...
Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin rəhbərliyi ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrinin Ağdama səfəri onun iştirakçısı olan hər kəsdə geniş təəssürat zənginliyi yaratdı. Hamı ermənilərin Faizə xalanın təbirincə desəm, viran qoyduğu Ağdamı gördü. Düşmənlər 30 ilə yaxın müddətdə burada ancaq torpağı qazmaqla, kələklər qurmaqla məşğul olublar. Vətənizimin 20 faizini işğal etmələri bir yana sanki torpağın özündən qisas alırlarmış kimi davranıblar. Dəhşətdir həqiqətən. Dəhşəti xarakterizə edən nə qədər desəniz fakt var. İstehkamlardan, səngərlərdən tutmuş hələ də yerin altında qalan partlamamış minalaradək, daha nələr-nələr. Yalnız onu deyə bilərəm ki, Ağdamın indiki durumu işğal tariximizin ən böyük dərsidir. Bu dərsi tam şəkildə mənimsəməli, qüsursuz öyrənməliyik. Bu dərsdən ciddi nəticə çıxarmalıyıq ki, bir daha torpaq itirmək acısını dadmayaq.
Torpaqdan söz düşmüşkən, oyanmaqda olan, münbit, bir qarış da çatı olmayan, əbədi sakinlərinin ilıq nəfəsinə, sevgi ilə basılan ayaq səslərinə həsrət Ağdam torpağına baxıram. Görəsən, bizi bağışlayırmı, - deyə düşünürəm. Axı Ağdam sıradan bir yer deyildi. Hər daşı, hər qayası, hər abidəsi soyqırıma məruz qalmış şəhər bir vaxtlar qaynayırdı, sabaha bəslənilən böyük ümüdlərlə çoşub-daşırdı. Ağdam sənət dünyasından tutmuş sıravi sakininədək kolorit idi. Bu rəngarəngliyə buradan yazda ta Ağdərə yüksəklərinə qədər yol boyu göz oxşayan lalələr xüsusi ovqat gətirirdi. Elə bu an Faizə xalanı xatırlayıram. Cümə məscidinin kənarlarına baxıram. Gözüm onun dediyi ünvandan heç olmasa, bir nişanə axtarır, amma tapmır. Nəhayət, həmkarım Şakir Ağayevlə qərara alırıq ki, Faizə ananın gül toxumunu Cümə məscidinin düz yanındaca əkək. Elə də edirik.
Artıq əkdiyim bu toxum mənim üçün Ağdama qayıdışımızın rəmzidir. Heç şübhəsiz, hər bir ağdamlı üçün belə rəmzlər var və bu rəmzlər bizi Ağdamımızın əvvəlki əzəmətinə, əvvəlki həyat qaynarlığına qovuşduracaqdır. İnşallah o günlər də uzaqda deyil. Və çox arzu edirəm ki, o günlərin birində mən əlimdə gül Faizə ananın Ağdamdakı qapısının zəngini çalım.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Bugün, 10:43 MƏDƏNİYYƏT
-
Məşhur zəlzələşünas: “İstanbul xəyal məhsuludur, əsl risk…”
Bugün, 10:17 GÜNDƏM
-
Dövlət İmtahan Mərkəzi məlumat yaydı
Bugün, 10:07 GÜNDƏM
-
Bu gün geomaqnit qasırğası olacaq
Bugün, 09:58 GÜNDƏM
-
Partiya lideri Özgür Özələ səsləndi: “Gəlin, birlikdə sıralarımızı sıxlaşdıraq”
Bugün, 09:50 SİYASƏT
-
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Bugün, 09:36 KRİMİNAL
-
Azərbayca nefti bahalaşıb
Bugün, 09:21 İQTİSADİYYAT
-
MHP lideri əvvəlki mövqeyindən geri çəkildi: “O, nə Anıtqəbirin qəyyumu, nə də türk gəncliyinin lideri ola bilməz”
Bugün, 09:09 SİYASƏT
-
Britaniyada hərbi vertolyot qəzaya uğradı – Hərbçilər həlak olub
Bugün, 08:58 DÜNYA
-
Hörmüz boğazında böhran… - Yaponiyada hansı sahələr axsayır?
Bugün, 08:41 İQTİSADİYYAT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 08:40 GÜNDƏM
-
Cəlilabadda dayısı arvadını öldürən 15 yaşlı uşaq saxlanldı (Yneilənib)
Bugün, 08:25 KRİMİNAL
-
"Real Madrid"in hazırkı prezidenti: “Əgər yenidən seçilsəm…”
Bugün, 00:56 İDMAN
-
Türk klubu 22 yaşlı irlandiyalı hücumçu ilə anlaşdı
Bugün, 00:27 İDMAN
-
Dünyanın sirli ölkəsində yeni kəşflər: İŞIQ SAÇAN HÖRÜMÇƏK, YARASA MİLÇƏKLƏR...
Bugün, 00:18 GÜNDƏM
-
Rusiyanın Londondakı səfiri XİN-ə çağırıldı
Bugün, 00:15 GÜNDƏM
-
İranlı spiker: “Ölkəmizə boş təhdidlər dövrü bitdi…”
Bugün, 00:09 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
MƏRKƏZİ BANKIN YENİ və KÖHNƏ BİNALARI: yaxud Heydər Əliyevin tarixi çıxışından çıxan 7 nəticə...
Bugün, 00:02 İQTİSADİYYAT
-
“Unibank” bu şirkətdəki payını digər banka satıb
03.06.2026, 23:57 İQTİSADİYYAT
-
Məhərrəm ayı bu tarixdə başlayacaq
03.06.2026, 23:55 GÜNDƏM
-
Rəsmi Tehran: “Küveyt Hava Limanını biz deyil, ABŞ vurub”
03.06.2026, 23:42 DÜNYA
-
Mübariz Mənsimov “Xəzər Lənkəran”ı bərpa edir
03.06.2026, 23:01 İDMAN
-
Rubio: "TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq"
03.06.2026, 22:05 SİYASƏT
-
"Ulduzlu görüşlər"in növbəti qonağı Məhəmməd Turan olub - FOTO
03.06.2026, 20:09 MƏDƏNİYYƏT
-
Daha 3 məşhurun narkotesti açıqlandı: pozitiv!
03.06.2026, 19:43 ŞOU-BİZNES
-
İran XİN-dən Trampa sui-qəsd iddiasına - Reaksiya
03.06.2026, 18:30 DÜNYA
-
Kılıçdaroğlu Özgür Özəl və komandasını CHP-dən xaric etdirəcək? – İntizam Komitəsi sabah toplanır
03.06.2026, 18:16 DÜNYA
-
“Fatih Karagümrük” Emre Moru heyətinə qatır? – Açıqlama
03.06.2026, 18:02 İDMAN
-
Blogerlərin qaldığı otelə silahlı hücum oldu – Cangüdən öldürüldü (FOTO)
03.06.2026, 17:49 PRESS
-
Aqrar Subsidiya Şurası yeni qərar verdi - CƏDVƏL
03.06.2026, 17:29 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının perspektivləri müzakirə olunub
03.06.2026, 17:21 İQTİSADİYYAT
-
Milli Onkologiya Mərkəzi 50.3 milyon manatlıq tenderə hazırlaşır
03.06.2026, 17:13 İQTİSADİYYAT
-
Akif Nağı Prezident Administrasiyasında- Şöbə müdiri ilə görüş olub
03.06.2026, 17:05 SİYASƏT