Zəngilanda təbiət və meşələrə dəymiş zərərlə bağlı monitorinq aparılıb
15-03-2021 [13:50]
Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə işğaldan azad olunan Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi məqsədilə əraziyə baxış keçirib, vizual müşahidələrə əsasən bitki örtüyü təhlil edilməklə bölgənin monitorinqini aparıb.
AMEA-dan bildirilib ki, Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı böyükdür. Qarabağın təbii sərvətləri, xüsusən bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilib. 30 il ərzində işğal altında qalan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talan edilən meşələrimizdir: "Çinar meşəsinin bir hissəsində ağaclar qırılıb məhv edilib. Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir.
Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb. Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir”.
Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.
"Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil".
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?