Laçında Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxılıb
28-05-2023 [20:55]
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.
Mia.az xəbər verir ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.
Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında da yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.
Həmçinin qeyd olundu ki, adı “Qırmızı Kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.
Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşıllıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşıllıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etdi.
Dövlətimizin başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı Kitab”ın üçüncü nəşri ilə bağlı görülmuş işlər və perspektivlər barədə məlumat verildi.
Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.
Bildirildi ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilib. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə formalaşan bərk məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və Regional Strategiyanın hazırlandığı diqqətə çatdırıldı.
Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi