25-12-2013 [17:12]
Latın Amerikalı müğənni Ceylo qızğın ehtirası, pişik plastikası və rəqs hərəkətləri ilə tamaşaçını özünə heyran edir. Füsunkar Cenifer Lopez təkcə müğənni və aktrisa kimi deyil, çoxsaylı romanlar yaşayan, həm də cəzbedici və baha sığortalanmış bədənin sahibi kimi tanınır. Bu qadının çəkiciliyi və unikallığı isə onun bioloji yaşını inkar edir.
Şəxsi həyatında Cenifer Lopez həmişə yaradıcı peşələrin kişilərini seçib. Bu kişilər Ceylonun təkcə çəxsi həyatında deyil, karyerasında da müəyyən rol oynayıblar.
Paff Deddi mahnılar yazmağa kömək edib, Kris Djaddom onun xoreoqrafiyasını yaxşılaşdırdı. Aktyorluq qabiliyyəti üzərində isə Ben Afflek ilə işləyirdi. Mark Antoni isə həm uşaqlarının atasıdır, həm də musiqi sahəsində Ceylonun əsas köməkçisidir. Amma yenə ideal kişisini tapa bilmir. Əslində ideal kişilər ancaq kitab səhifələrində olur. Beləliklə, "Glamur qadınlar" layihəsi çərçivəsində bu dəfə Cenifer Lopez haqqında danışacağam.
Aktrisa və müğənni Cenifer Lopez 1969-ci il iyulun 14-də Nyu-Yorkun Bronks əyalətində doğulub. Valideynləri - atası Devid və anası Qvadelupa əslən puerto-rikoludur. Ailəsi Puerto-Rikodangəlmiş mühacir olublar. Ceniferin özündən böyük iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçə təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Ceniferi katolik məktəbinə göndəriblər. Bundan başqa onlar 5 yaşı tamam olan kimi onu rəqs məktəbinə yazdırıblar. Ceylo orada bal rəqsləri və flamenko dərsləri keçib. Bu sahədə qazandığı uğurlar artıq iki ildən sonra onun şəhər konsertlərində iştirak etməsinə imkan verib. 7 yaşında isə ilk qastrol səfərinə çıxıb.
Zaman keçdikcə Lopezin rəqslərə və musiqiyə olan sevgisi daha da güclənir. Cenifer 14 yaşından etibarən nəğmə dərsləri almağa başlayır və məktəb səhnəciklərində həvəslə iştirak edir. Lakin anası qızının meylini ancaq hobbi kimi qarşılayır. Qvadelupa qızının kollecə daxil olaraq vəkil karyerası qurmasını istəyir. Cenifer də müğənni karyerası barədə arzularını bir kənara ataraq, valideynlərinin arzusunu yerinə yetirir. Amma bu сəmi bir neçə ay davam edir. O, 17 yaşı olanda hüquq kontoruna işə düzəlir. Amma günlərin birində işdəki qəzetlərdə Manhetten rəqs məktəbinə tələbə qəbulu barədə elan oxuyur və dərhal həmin məktəbə daxil olur. Beləliklə, "gündüz - iş, gecə - rəqs” həyatı başlayır. Bunun ardınca o, kollecə daxil olsa da, rəqs məktəbindəki dərslərinə ara vermir. Ancaq bir semestr oxuyandan sonra gələcək ulduz kolleci atır və rəqqasə karyera qurmaq barədə qəti qərar qəbul edir. Onun bu qərarı ailədə ciddi narazılığa səbəb olur. Valideynləri vəkil karyerasını seçməsində israr edirlər. Bu halda Cenifer yeganə çıxış yolunu evi tərk etməkdə görür. Ailəsi qızın bu inadkarlığını heç cürə başa düşə bilmirlər…
Ceylo tək yaşamağa qərar verdikdən sonra ilk sınaqla üzləşir, onun qalmağa evi olmur. Bütün bu müddət ərzində rəqs studiyasının zalı ona evi əvəz edir. Həmin dövrdə Cennifer ucuz kliplərdə çəkilərək, hər rəqsinə görə 20 dollar pul alır və hər gün uğursuz sınaqlardan keçir. Mühacir olması səbəbindən Ceniferi heç bir yerdə işə götürmürlər. 8 ay davam edən uğursuz cəhdlərdən sonra gələcək ulduz depressiyaya düşür. Bütün ümidlərin itdiyi bir vaxtda tale üzünə gülür. Həmişə aktrisa olmaq arzusu ilə yaşayan Cenifer 19 yaşı tamam olanda müzikldə rəqqasə kimi işə düzəlir. Onu "Brodveyin qızıl müziklləri” turuna götürürlər.
Cenifer Lopez ilk uğurlarına imza atdığı vaxtda"Canlı rəng” şousunun menecerlərindən biri ona rəqqasə roluna sınaqdan keçməyi təklif edir. Cennifer müsabiqədə iştirak edən 2 min rəqqasəni qabaqlayaraq, rolu alır. Bütün bu müddət ərzində Cenifer şəxsi həyatını qura bilmir: onun nə dostu, nə də yaxın adamı olur. Rəqslər onun bütün şəxsi həyatını əvəz edir.
Karyera isə yüksələn xətlə davam edirdi. Lopez daha bir böyük müsabiqəni udaraq, "Canlı işıqda” komediyasına çəkilir və Hollivudda karyerasını qurur. Hələ o zamanlar ciddi və dramatik rollarda oynamaq həvəsi yaranır. O, bir neçə serialda oynamaq təklifi alır.
1993-cü ildə televiziya karyerasına son qoyan Lopez özünü böyük ekrana həsr etmək qərarına gəlir. Artıq 1994-cü ildə rejissor Qreqori Navanın "Mənim ailəm” bədii filminə çəkilir. Məhz bu roldan sonra o, Frensis Koppolanın "Cek” filminə dəvət edilir. Bu, uğurlu layihə olmasa da, Lopezin karyerasına müsbət təsir göstərir.
Ceylo indi aktrisavə müğənni kimi karyerasının ən yüksək nöqtəsinə çatıb. Ən məşhur şirkətlər milyonlarla dollar qonorar ayıraraq Ceniferin onların məhsulunun reklamında çəkilməsinə çalışırlar (məsələn, Lopes məşhur "L’Oreal" şirkətinin rəsmi siması seçilib). Özünün "J.Lo” geyim markasını təsis edib. Artıq bütün dünyada onun parfümü çıxır.
Cennifer Lopes 2006-cı ildə Telman İsmayılovun 50 illik yubileyinə dəvət alır. "AST” şirkətlər qrupunun rəhbəri öz doğum günündə bu cəzibədar xanıma üzərində brilyantlar olan və qızıl suyuna tutulmuş mikrofon hədiyyə edib. Türkmənistan prezidentinin ad günündə də iştirak edib. Hətta prezident üçün "Happy birthday dear Mr. Gurbanguly Myalickgulievich Berdymuhamedov” da oxuyub.
Ceniferin kişiləri
Cenifer 15 yaşında həyətlərində ən yaraşıqlı oğlan Devid Kruzla nişanlanır. İlk dəfə ofisiantla ailə qurub. "Bu mənim gənclik səhvim idi. Buna görə şox təəssüflənirəm”.
1997-ci ildə çəkildiyi "SELENA" filmi aktrisaya "Qızıl Qlobus" mükafatını qazandırıb. Filmin təqdimat mərasimində Ceniferin nişanlısı, aktyor və model Odcani Nao ona iri brilyant qaşlı üzük bağışlayaraq, evlənmək təklif edir. Amma bu nikah bir ildən sonra boşanma ilə nəticələnir.
Müğənni Paff Deddi ilə sevgi alovu 1999-cu ildə gecə barlarının birində baş verən atışma zamanı başlansa da, Paffın həbs edilməsi ilə sona çatır. Paff ilə ayrılandan 7 ay sonra Cenifer "Love don`t cost a thing" klipinin çəkilişləri zamanı rəqqas Kris Cadd ilə tanış olur. Onlar 2001-ci ildə ailə həyatı qurur və 9 aydan sonra boşanırlar.
2002-ci ildə aktrisa "GiGLi" filminin çəkilişləri zamanı Ben Afflekə aşiq olur və həmin ilin noyabrında onlar rəsmi olaraq nişanlanırlar. Onları Hollivudun ən gözəl cütlüyü adlandırırdılar. Lakin bu nişan da ayrılıqla sona çatır.
Bütün sevgiləri uğursuzluğa düçar olan Cenifer gözlənilmədən Mark Entoni ilə ailə həyatı qurur. Onlar 2004-cü ilin iyununda evləniblər. 2008-ci ilin əvvəlində onların Maks və Emmi adlı iki əkiz uşağı dünyaya gəlib. Ulduz cütlük uşaqlarının ilk şəklini "People” jurnalına satıb. Bu razılaşma jurnala nə az, nə çox - düz 3 milyon dollara başa gəlib.
Stabil şəxsi həyatı olmayan Ceylonun ərindən və uşaqlarının atasından ayrılması heç də təəccüblü deyil. Kənardan sakit evlilik həyatları olduğu düşünülsə də, 2011-ci ildə boşanırlar. Səbəb kimi Mark Antoninin Holluvudun seks-simvolunu qısqanması göstərilir. Amma dostluq münasibətlərini qoruyub saxlayırlar. Vacib deyil ki, ayrılanda cütlüklər bir-birini təhqir etsinlər, onlar bir-birinə olan hörməti saxlamaqla ayrılmağı bacaran nümunəvi cütlüklərdir.
Bu gün müğənni klip çəkilişlərində tanış olduğu olduğu rəqqasla birlikdədir. Kasper Smartom ilə romanlarının nə qədər ciddi olduğunu zaman göstərəcək. Mətbuatda hərdən ayrıldıqları xəbərlər çıxsa da, hələ ki, təsdiqini tapmayıb. Onlar hətta uşaq dünyaya gətirməyə də etiraz eləmir. Buna görə də bioloji yaş sevənlərə normal həyat yaşamağa, sağlam romanlar, karyera qurmağa və ya dünyaya uşaq gətirməyə mane olmur.
Bronksdan Manhettenə getmək üçün 6 saylı avtobus, sonralar onun "On the 6" debüt albomunda yer alır. Bu albom və ora daxil olan mahnılar ("If You Nad My Love" və "Waiting for tonight") ona dünya şöhrəti gətirir. Növbəti albomları birinci yeri tuta bilməsə də, satışı yaxşı gedirdi.
Cennifer Lopez həmçinin çox güclü "biznes woman” hesab olunur. Onun paltarları "J.Lo by Jennifer Lopez "adlanan geyim firmasına aiddir. Firmanın istehsal etdiyi geyimlər əsasən, gənc qızlar üçün nəzərdə tulub. 2002-ci ildə Lopez Kaliforniyaştatında Pasadena restoran da açıb. İş qadını kimi ən yaxşı nəticəni parfumeriyadan əldə etməyi bacardı. Mağazalardakı ətrinə qadınlar hücum edir və rekord sayda satılır.
Maraqlı faktlar
Onun bədəni Nyu Yorkda bir sığorta şirkəti tərəfindən 1 milyard avro məbləğində sığortalanıb!
Cenifer tarixə bir həftədə həm film ("Toy təşkilatçısı"), həm də albom ("J.Lo") çıxaran ilk qadın kimi daxil olub. Oynadığı rola görə 1.000.000 dollar qonorar alan ilk latinamerikalı aktrisadır.
Dünyanı fəth etməkdə ümumiyyətlə, ilkin mövqeyi, yaxşı deyildi. Belə ki, Nyu-Yorkun ən kriminal rayonlarından biri, qaranlıq döngələrdə - Black Rock Avenuedə yaşayıb.
Bədən quruluşu gitaranı xatırlatdığı üçün dostları ona "gitara" deyə müraciət edirlər.
Zanbaq və ağ qızılgülləri xoşladığı üçün toy mərasimini 20.000 qızılgül bəzəyirdi.
1999-cu ildə "Vogue Fashion” jurnalı aktrisanı səhnənin ən dəbli qadını seçib. Bundan başqa Ceylo dəfələrlə ilin ən seksual qadını tituluna da layiq görülüb. Dünya üzrə 55 milyondan artıq musiqi diski satılıb.
Şöhrət Xiyabanında onun da ulduzu var.
Onun yaşını ancaq pasportu bilir
Yaxınlarda 44 yaşı olsa da, bu yaşı ona vermək olmaz. Maksimum 30 yaşında görünür, gündən-günə cavanlaşır. Tabloid səhifələri bu təravati özündən 18 yaş balaca sevgilisi ilə əlaqələndirirlər.
Dərisinə quluq göstərir: Ulduzun gözəlliyinin tamamlayan ən önəmli detallardan biri də heç şübhəsiz, qüsursuz və hamar dərisidir. Həmişə baxımlı görünən Lopez dərisini qoruyur.
Rəqs ilə ideal bədən
Dünyanın ən yaxşı ifaçılarından olan Cenifer Lopez illərdir ki, ideal bədən quruluşunu rəqs sayəsində əldə edir. Əkiz övladları olmasına baxmayaraq, 43 yaşlı müğənni çox enerjilidir. Səhnədə həm rəqs edir, həm də mahnı oxuyur. Enerjisini tamaşaçılara da ötürən ulduz kliplərində də ciddi rəqs performansları sərgiləyir.
Rəqs azmış kimi, idmanla da məşğul olur
Bədəni ilə diqqət çəkən tanınmış qadınlar arasında Cenifer Lopez də var. Bu adını qorumaq üçün təkcə rəqslərə güvənmir, idmanla da məşğul olur. Bütün əzələləri hərəkətə gətirən məşqləri yerinə yetirir.
Ayaq əzələləri
Ceniferin məşğul olduğu digər idman növü kürək çəkməkdir. Kürək çəkmək çox ritmik və ani hərəkətlər tələb etdiyi üçün ulduzun oynaqlarına böyük ağırlıq düşmür.
Kürəkdən başqa, güc tələb edən məşqlərini də edir. Bunların arasında squatlar, lunges deyilən diz çökməyə bənzəyən məşqlər, bud və bel çevrəsindəki əzələləri gücləndirib sıxlaşdırır.
Yoqa ilə rahatlıq tapır
Bütün bunlardan başqa yoqa ilə məşğul olur. Həm zehnini, həm də bədənini rahatlatmaq məqsədilə planlarına yoqanı da əlavə edib.
Bir qoluna bir neçə qarpız yerləşdirməyi bacaran qadınlarından Cenifer Lopez, gərgin temposuna necə ayaq uydurur?
43 yaşında olmasına baxmayaraq həyatında bir çox uğura imza atıb Cennifer Lopez rəqqas, aktrisa, modelyer, hətta kosmetika kraliçasıdır. "16 yaşında evimizin yanında saxta parfum mağazasında işləyirdim. Parfumları da orda tanıyıram. "Live Jennifer Lopez” ətrini yaradarkən ancaq 3 özəllik istədim: bir körpə qoxusu, dadından doya bilmədiyim limonlu keks və qırmızı fransız üzümü qoxulu şam…”
Anasının tövsiyələri
"Anam nəmləndirici çəkmədən yatmazdı. Mən isə 200 dollara satılan Crème de La Mer nəmləndiricisini işlədirəm”.
İşlədiyim vaxtlarda makiyaj etmirəm. Hamam kosmetik məhsullarına xüsusi marağım var. Hamam, sauna keyfinə vurğunam. Stressdən azad olmaq üçün tək çıxış yolu yaxşı duş qəbul etməkdir. Alkoqol və siqaret maraq dairəmə daxil deyil. Tək lyuksum hamamdır.
Saç tellərim nazik olduğu üçün nəmləndirici vasitələrə ehtiyacım var. Rəngini tez-tez dəyişdiyim üçün mütəmadi olaraq qulluq göstərməliyəm.
Dərimin ən yaxşı dərmanı yuxudur. Möhkəm yuxudan qiymətli heç nə yoxdur. Bir də çoxlu su içmək… Dermatoluoqumun tövsiyə etdiyi təmizləyicidən sonra günəşdən qoruyucu krem çəkirəm. Mütəmadi olaraq kosmetoloqa müraciət edirəm. Təbii ki, bunun da böyük faydası var.
Təhlükəli olduğunu bilsəm belə, günəş vannasını çox xoşlayıram.
Özüm heç bir əməliyyat etdirməmişəm. 50 yaşından sonra insanlara nə olur bilmirəm. Üzünü, bədənini yenidən kəsdirib biçdirənlərin məncə, psixoloji problemləri var.
Pəhriz saxlamıram, idmanla məşğul olduğum üçün hər istədiyimi yeyə bilirəm. Tərəvəz faydalı olsa da, xoşlamıram.
Ətrafımdakılar əksini iddia etsə də, qarnım əvvəlki kimi düz deyil. Amma bütün həyatım boyu atletik bədənim olub!”
Rəqsi ilə Azərbaycan kişilərini də özünə heyran qoyan Ceylo, Bakıya da təşrif buyurub. Lopezlə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib. Bununla yanaşı, 500 nəfərlik işçi heyəti də konsertin hazırlığı üçün paytaxta gəlməli olub.
Cennifer Lopez seçdiyi hotelin rəhbərliyi qarşısında böyük tələblər qoymuşdu. O, paytaxtdakı bir sıra hotellərə onlayn nəzər yetiribmiş. Lakin sonda "JW Marriott Absheron Baku Hotel”ni seçib.
Deyilənlərə görə, ulduzun gəlişinə təxminən 1 saat qalmış 1 təyyarə onun yalnız şəxsi baqajını gətirib.Ulduz yalnız "president” nömrəsində qalacağını, söyləyib. Üstəlik, tələb edib ki, pəncərəsi yaşayış binalarına baxmasın, otağında iPhonun adapteri yatacağı çarpayıdan solda, iPad-ın adapteri isə sağ tərəfdə olsun… Çəkələkləri çarpayısının sol tərəfində qoyulmalıdır… Qalacağı otağın döşəməsi gül ləçəklərinə bürünməlidir. Baqajı isə ayrıca - lyuks bir nömrəyə yerləşdirilməlidir…
Bir saatdan bir libasını dəyişdirəcəyini söyləyən Cennifer Lopez bunun üçün oteldə qaldığı müddətdə ona xüsusi - yüksək parametrlərə malik paltaryuyan maşın ayrılmasını da istəyib…
Bundan əlavə o, deyib ki, qalacağı otaqda ən bahalı (brend) içkilər olmalıdır…
Müğənni daha bir maraqlı açıqlama verib: "Mən lyuks nömrədə qaldığım kimi, məni müşayiət edən dəstə də ən yüksək şəraitə malik otaqlarda qalmalıdır…
Hollivudun seks-simvolu 2012-ci ildə sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə "Baku Crystal Hall”da çıxış edib.
AYTƏN
Əli Əsədov sertifikatlaşdırma qaydasına dəyişiklik edib - Qərar
“Palmali Holding”də həlak olanların xatirəsi yad edilib
Azər Zahid və "tiktokerlər" haqda qərar verildi - SİYAHI (YENİLƏNİB)
Bakıya yağış, rayonlara qar yağacaq - Bu tarixlərdə
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə + VİDEO
FHN: "Qəzada həlak olan 10 nəfərin meyiti müəyyən edilib"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QRNOZNIYA UÇAN TƏYYARƏNİ RUSİYA VURUB - "Pantsir-S" HHM-LƏ
Cenk Tosun: ""Fənərbağça"dan ayrılamaq niyyətində deyiləm"
Meyxanaçı Balaəlinin sürücülük hüququ geri alınacaq?
İstanbul boğazı bağlanıb - Rusiyaya gedən gəmiyə görə
BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib
Şahbaz Şərif İlham Əliyevə məktub göndərib - MƏTN
Gürcüstan XİN başçısı Ceyun Bayramova zəng edib - Müzakirə
QƏZADA HƏLAK OLANLARIN ADLARI AÇIQLANDI - Siyahı
Şavkat Mirziyoyev Azərbaycan prezidentinə zəng edib
İran prezidenti İlham Əliyevə zəng edib
Ərdoğanı təhqir edən şəxs sərbəst buraxılan kimi yenə eyni paylaşımı təkrarladı - Yenidən həbs olundu
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
Terim Səudiyyə Ərəbistanı komandasının başına keçir? - "Yaxın günlərdə müqavilə imzalanacaq"
Qəzzada TV maşınına atəş açılıb - 5 jurnalist həlak olub
24 partiya birgə bəyanat yaydı - MƏTN/SİYAHI
Azərbaycan Evində xatirə guşəsi yaradılıb - Salzburgda (FOTOLAR)
Təyyarə qəzası: ölənlərdən ikisi qusarlı bacı-qardaşdır
Təranə Səmədova şikayətini geri götürdü