Gömrük Komitəsində kütləvi narazılıq... - Gecə saatlarına qədər işləyən əməkdaşlardan ETİRAZ
02-04-2025 [17:11]
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçidirlər.
Narazı əməkdaşlar bildirirlər ki, iş saatı 18.00-da bitməli olsa da, yüklərin qəbulu və yerləşdirilməsi, müayinəsi gecə saat 01:00-02:00-a qədər davam edir: "Bu kimi hallar artıq 1 ilə yaxındır ki, davam edir. İşçilərin əmək hüquqlarının pozulması halları onların "WhatsApp" qruplarında və Bakı Baş Gömrük İdarəsinin sistemində açıq-aşkar görünür".
Onlar bildirirlər ki, bu hallar İpək-Yolu Gömrük Postunda daha çox baş verir: "Gecə saat 02:00-da yüklərin daşınması və yerləşdirilməsi bitsə də, həmin saata qədər işləyən işçinin səhər 09:00-da yenidən işdə olması tələb edilir. Məsələ ondadır ki, əlavə iş saatlarına görə hər hansı ödəniş də verilmir".
Hətta bu məsələlərlə bağlı bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova tapşırıq verildiyi də bildirilir:
"Həmin tapşırıqdan sonra işçilər arasında növbəli sistem qurulsa da, bu da cəmi 2 həftə davam edib. Hazırda işçilər yenə də ağır rejimdə çalışırlar. Mart ayındakı qeyri-iş günlərində də analoji ağır iş rejimi davam edib".
Qeyd edək ki, narazı əməkdaşlar işlərini itirməmək üçün adlarının çəkilməsini istəmirlər. Onlar məcburiyyətdən bu ağır rejimə dözürlər və məsələnin həll edilməsi üçün DGK sədri Şahin Bağırovdan kömək istəyirlər.
Samir Musayev
MİA.AZ
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb