Kəmaləddin Heydərov çox ciddi göstəriş verdi

img

25-12-2013 [17:02]


Fövqəladə Hallah naziri, "Qəbələ” klubunun sahibi Kəmaləddin Heydərov iki gün əvvəl İmişli rayonunda olub.

MIA Stadium.az-a istinadən xəbər verir ki, nazir səfər zamanı Heydər Əliyev adına İmişli şəhər stadionuna da baş çəkib. Heydərov I Divizionda çıxış edən "Mil Muğan”ın bazasıyla tanış olduqdan sonra klub rəhbərliyinə göstərişlər də verib. "Qəbələ”nin sahibi bildirib ki, komanda gec yarandığından, heyəti gücləndirmək mümkün olmayıb. Bu səbəbdən də, gələn mövsümə çox ciddi hazırlaşaraq Premyer Liqaya vəsiqə qazanmalıdırlar.

Bundan başqa, nazir stadionda lazım olan hər nə varsa hamısının yenidən təmir olunması və ot örtüyünün də dəyişdirilməsi barədə çox ciddi göstəriş verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA