“Youtube”dən “Krım. Vətənə gedən yol” filminə qadağa:  Putinin müsahibəsinə "stop" qoyuldu

img

12-03-2021 [13:55]


“Youtube” rusiyalı jurnalist Andrey Kondraşovun “Krım. Vətənə gedən yol” (Крым. Путь к Родину) filminə məhdudiyyət qoyub.

Məlumata görə, videohostinq məhdudiyyətin səbəbi kimi filmin bir sıra auditoriya üçün qəbuledilməz və təhqiredici olduğunu göstərib.

“Youtube”nin məlum qeydi “Rossiya 24” telekanalının youtube-kanalındakı səhifəsində çıxan filmin üz qabığında əks olunub. Belə ki, filmə baxmaq istəyən istifadəçilər “Youtube cəmiyyəti tərəfindən bu məzmun bır sıra auditoriyalar üçün qəbuledilməz və ya təhqiredici müəyyən olunub” xəbərdarlığını alırlar.

Qeyd edək ki, “Krım. Vətənə gedən yol” filmində Rusiya Prezidenti Vladimir Putinin geniş müsahibəsi yer alıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq