Nazir DSMF-nin keçmiş vəzifəli şəxsinə yeni vəzifə verdi - MN-də növbəti dəyişiklik

img

11-03-2021 [15:17]


Mədəniyyət Nazirliyindən (MN) yeni təyinat olub.

Bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib/Report.

Qeyd edək ki, fevral ayında Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev işdən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq