XÜSUSİ TƏYİNATLI ŞƏHİD FUAD TAĞIYEV...
09-03-2021 [16:06]
Bir rus mahnısı var, müharibə mövzulu filmlərin də fon musiqisi kimi xatırlayıram onu, “Hardan başlanır vətən”.
Xatirnizdə olar sizin də, məktəb illərində ədəbiyyat müəllimlərimiz bu mövzuda inşa da yazdırıblar. Cavablar da müxtəlif olub, beşikdən, doğulduğu evdən, yaşadığı kənddən, şəhərdən başladığını qürurla yazmışıq. Bu gün mənə elə gəlir ki, vətən ana bətnindən başlayır, körpə ilk sevgini elə ana bətnindəcə öz anaslndan alır, sevməyi də ondan öyrənir. Dünyaya da bu sevgi ilə göz açır, baxır, məhəbbət dolu baxışları görür, böyüyür, ətrafı da, gördükləri də dəyişir, bircə hələ rüşeym ikən ruhuna üfürülən sevgidən başqa...
Bu sevgi onunla birgə inkişaf edir, artır, bütün varlığını, cismini, qəlbini bürüyür. Ana sevgisi Vətən sevgisi ilə qoşalaşaraq daha mükəmməl bir eşqə çevrilir. Azərbaycan da haqlı davasını elə həmin o sevgidən güc alan oğullarla qazandı, tarixinə şanlı bir qələbə yazdı.
Sabirabad rayonunun Ətcələr kəndində Tağıyevlər ailəsində 1996-cı il noyabr ayının 1-də bir oğlan uşağı dünyaya gəldi, adını Fuad qoydular, amma Tağı deyə əzizlədilər. Uşaq böyüyüb orta məktəbə gedəndə ata-anası fərəhdən yerə-göyə sığmadı, 2014-cü ildə Ətcələr kənd tam orta məktəbi bitirib hərbi xidmətə yollananda quşlardan uçmağa qanad istədilər. Bəli, onların hələ də uşaq hesab etdiyi Fuad artıq böyümüşdü, həm də əvvəlcədən hərbçi olmağı qarşısına məqsəd qoyan Fuad bunun üçün vacib olan idmanla da ciddi məşğul olurdu...
Tağıyev Fuad Mərdan oğlu Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə altə ay xidmət etdikdən sonra özünün fiziki imkanlarına və şəxsi istəyinə uyğun seçilərək Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qoşunlarına aid olan “052” hərbi hissəyə dəyişdirilir. Bu hərbi hissə də sonra-müharibə vaxtı döyüş meydanlarında “052” sözünü eşidən düşmənlərin qorxudan bağrını yaracaqdı...
Beləliklə Fuad taleyini həmişəlik hərb sənəti ilə bağlayır və ta şəhid olduğu günə qədər XTQ-da xidmətini davam etdirir. 2016-cı il Aprel döyüşlərində ön sıralarda döyüş tapşırıqlarını yerinə yetirərək komandanlığın böyük etimadını qazanır. Sonrakı 2018-ci ildə Kiçik gizir, 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi “münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Qəlbində vətənə olan sevgisi tükənməyən, hər gün əsir torpaqlarımızın alınacağı günü gözləyərək uzun illərdir rahatlıq tapmayan peşəkar döyüşçü Kiçik gizir və onun xidmət etdiyi hərbi hissə Ali Baş Komandanın verdiyi İkinci Qarabağ müharibəsinin başlanması əmri ilə səfərbər oldular. Anadan sanki elə hərbçi olmaq üçün doğulan Fuad Tağıyev də bu döyüşlərin önündə getdi, 27 sentyabr günündən döyüşlərə qatılan kəşfiyyatçı-istehkamçı kiçik gizir olduqca cətin və ağır döyüşlərdə iştirak etmiş və qeyri-adi bacarıq nümayiş etdirmişdir. Fuad erməni dilini də öyrənmişdi və lazım olanda düşmənin içərisinə daxil olub lazımı məlumatları əldə edə bilirdi. O, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq
göstərmişdir. Füzulidə düşmənin ilk istehkamlarının yarılmasında xüsusi şücaət və igidlik də məhz bu XTQ hissələrinin adı ilə bağlıdır.
Şuşa ətrafında gedən döyüşlərdə xüsusi təyinatlı qoşun dəstəllərinin hücuma keçdiyi zaman şəxsi heyətin qorunması Fuad Tağıyevə həvalə olunmuşdu.
...Şəhidini al çiyninə sən yeri,
Yamaca yat, buludlarla tən yeri.
Addımların qoy titrətsin Göy-Yeri-
Yeri Ordum, yürü Qurdum, Şuşaya!...
Şuşaya doğru sıldırım qayalarla, keçilməz dağ yolları ilə irəliləyən xüsusi təyinatlı qoşun hərbi qulluqçularının qəhrəmanlığı artıq dillər əzbəri olaraq əfasanələrə çevrilməkdədir. Fuad da bu əfsanənin yaradıcılarından biri idi. O,oktyabr ayının 27-də on iki nəfərlik qrupla birgə Qırmızı bazar ərazisində komandanlığın xüsusi tapşırığnı yerinə yetirərkən ağır yaralansa da döyüşə davam etmişdir. Lakin düşmənlərin atdığı mərmi onun həyatına son qoymuş və qəhrəman döyüşçü müqəddəs şəhidlik məqamına qalxmışdır.
Döyüş yoldaşları ilə birgə düşmənin çoxlu sayda canlı qüvvəsini, xeyli hərbi texnika və avtomobillərini məhv edən Fuad Tağıyev Həşimxanlı kəndində torpağa tapşırılmışdır. Azərbaycanın igid oğlu Qarabağın işğaldan azad olunmasında göstərdiyi xüsusi igidlik və qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
Mən Fuadın tərbiyə aldığı ailədə böyük sevgi, hörmət və ehtiram hiss etdim. Həmin gün Fuad Tağıyevin işığına çox adam yığılmışdı, hər kəs də igid döyüşçüdən həvəslə söz açır və onunla fəxr etdiklərini bildirirdilər. Bütün ümid və arzularını yeganə oğluna bağlayan valideynlər də qürurla:- “vətən hər şeydən və hər kəsdən irəlidir, onu qorumaq isə bizim vətəndaş borcumuzdur”-dedilər...
Vətən sağ olsun!..
Şahnaz Şahin,
Mia.az
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib