Məmur olmaq istəyənlər imtahan veriblər
CƏMİYYƏT
07.03.2021, 15:22
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.
DİM-dən Mia.az-a bildirilib ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 57 nəfərdən 52 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 5 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanı Bakı ilə yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də təşkil olunub. İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin martın 9-da elan olunması nəzərdə tutulur.
Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 9-dən 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası martın 10-11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
Bugün, 17:15 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
Bugün, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
Bugün, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
Bugün, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
Bugün, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
Bugün, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bugün, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
Bugün, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Bugün, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
Bugün, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
Bugün, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
Bugün, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
Bugün, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
Bugün, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
26.09.2026, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
26.09.2026, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
26.09.2026, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
26.09.2026, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
26.09.2026, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
26.09.2026, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
26.09.2026, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.09.2026, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT