Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub - FOTO

img

07-03-2021 [12:27]


Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar mütəxəssislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək: "İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq".

img
Digər xəbərlər
SON XƏBƏRLƏR