Sneyder: "Transfer təklifi alsam...

img

22-12-2013 [20:12]


Son vaxtlar adı "Mançester Yunayted"lə hallanan "Qalatasaray"ın futbolçusu Uesli Sneyder haqqında yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi "Beyaz TV"-yə açıqlamasında məlumatı təkzib edib:

"Transfer təklifi alsam, məndən tez biləcəksiniz. Hazırda ortada bir təklif yoxdur. İnsanlar haqqımda danışmasın deyə transfer dönəminin bitməyini gözləyirəm. "Qalatasaray"da olduğum üçün xoşbəxtəm, ayrılmağa səbəb yoxdur".

Qeyd edək ki, Sneyder ötən mövsüm qış transfer pəncərəsi dönəmində "İnter"dən "Qalatasaray"a transfer olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA