Azərbaycan çempionatında daha bir qalmaqal - Açıqlamalar

img

21-12-2013 [12:40]


 Topaz Premyer Liqasının 18-ci turunda AZAL-la səfərdə qarşılaşan "Neftçi”ni məğlub olaraq turnir cədvlindı 3-cü pilləyə düşüb. 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında hər 2 klubun baş məşqçisi oyun barədə fikirlərini bildirib.


AZAL-ın çalışdırıcısı Vaqif Sadıqov tarixi qələbə qazandıqlarını bildirib: "Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki, komanda oyuna fərqli taktika ilə çıxır. "Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm. AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdur, çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə "Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.

"Neftçi"nin baş məşqçisi Nazim Süleymanovsa hakimi sərt tənqid edib: "Nəticə məni qane etmir, hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq, lakin qısa zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu "sındırdı”. Futbolçular hisslərinə hakim olmalıdır. Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda 18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir edir. Futbolçular daha diqqətli oynamalıdır. "Neftçi” bu oyunda məğlub olmadı, məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA