Gürcüstanda 108 Azərbaycan vətəndaşı həbsxanada cəza çəkir

img

26-02-2021 [17:25]


Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2 nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur. Məhkumların 4-ü yeniyetmədir.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si kişi, 3-ü qadındır.

Qonşu ölkənin həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA