Vahid Milli Hərəkat Partiyasının sədri azadlığa buraxılacaq?

img

25-02-2021 [18:39]


Gürcüstanın Baş Prokurorluğu müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya ilə bağlı həbs qətimkan tədbirinin girovla əvəzlənməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət etməyə hazırdır.

Bu barədə prokuror Amiran Quluaşvili keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bunun üçün müdafiə tərəfi 3 noyabr 2020-ci il tarixli məhkəmə qərarı ilə təyin edilmiş girov şərtlərini yerinə yetirməlidir.

Qeyd edək ki, fevralın 23-də VMHP sədrinin həbsindən sonra qonşu ölkədə siyasi böhran yaranıb. N.Meliyanın ödəməli olduğu girovun məbləği 70 min lari təşkil edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR