Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

img

25-02-2021 [12:58]


Fevralın 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Beyləqan rayonu və Siyəzən şəhərində yerləşir. Hərracda, həmçinin “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri də özəlləşdirilib. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/37J2HzDhttps://bit.ly/3sguDmi)


Digər xəbərlər
SON XƏBƏRLƏR