Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib - FOTO
24-02-2021 [16:59]
Bu gün Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə qurumun 11-ci iclası keçirilib.
Mia.az xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda Şura sədrinin müavini, nazir Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər.
Tədbirdə Ə.Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın BMT-nin 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub. BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan 3-cü Könüllü Milli Hesabat təqdim edəcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaq.
İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”, “Ölkə prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycanın 3-cü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.
Ölkə prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabatı Şura üzvləri müzakirə edərək təsdiqləyib, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və 3-cü Könüllü Milli Hesabatın hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb