"Qəbələ"nin baş məşqçisi texniki zonadan qovuldu - Hakimə kəskin etiraz etdiyi üçün

img

20-02-2021 [19:35]


"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XVI turunun oyununda qırmızı vərəqə alıb.

Buna 41 yaşlı mütəxəssisin matçın baş hakimi İnqilab Məmmədova kəskin şəkildə etiraz etməsi səbəb olub.

Baxşıyev ilk olaraq sarı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, o, etiraz etməyə davam edib. Nəticədə ikinci sarı vərəqəni görərək texniki zonadan qovulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA