AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

img

17-12-2013 [16:07]


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilmiş oyunlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Premyer Liqasının XVII turunun "Simurq" - AZAL matçının 79-cu dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
"Bakı" - "Qarabağ" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
"Neftçi" - "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib. Oyunun 3-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza tətbiq edilib.
Matçın 84-cü dəqiqəsində "Qəbələ" klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA