“Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu"

img

15-12-2013 [23:37]


"Qələbə həmişə yaxşıdır. Bir tərəf qalib gələndə, digəri məğlub olur. "Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram".

Bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov "Qəbələ" ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli baş məşqçi qeyd edib ki, qələbəyə laqiq olan tərəf məhz "Neftçi" olub: "Futbol əzmkar mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski "Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA