Dünya çempionu Gəncədə qəzaya düşdü

img

13-12-2013 [13:46]


Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncənin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daşkəsən rayon sakini, 33 yaşlı Məmməd İsmayılovun idarə etdiyi "VAZ 2107” markalı avtomobillə Ukrayna vətəndaşı, avarçəkmə üzrə 3 qat dünya çempionu, 2012-ci il London Olimpiadasında Azərbaycanı təmsil edən 30 yaşlı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi "BMW” markalı avtomobil toqquşub. Qəzadan sonra "VAZ 2107” yolun əks istiqamətində hərəkət edən, Samux rayonunun Sərkar kənd sakini, 33 yaşlı Müseyib Hüseynovun digər "VAZ 2107”yə çırpılıb.

Qəza nəticəsində Məmməd İsmayılovun avtomobilində olan Göygöl rayonunun Balçılı kənd sakinləri - 22 yaşlı Orxan Mehdiyev, 23 yaşlı Emin Tağıyev və Müseyib Hüseynova məxsus ikinci "VAZ-2107”-də olan 11 yaşlı Tahirə Hüseynova, 19 yaşlı Elvin Həsənov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər. Onalrın səhhətinin kafi olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən "VAZ 2107”-nin sürücüsü Məmməd İsmayılov sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA