Vüqar Rəhimzadə: "Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05-02-2021 [18:12]
“44 günlük İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəkilində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibini də təqdim etdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi, yeni tarix yazıldı. Zəfərimiz harada yaşamasından asılı olmayaraq bütün azərbayanlıları, bizə dost, qardaş olan ölkələri sevindirdi, qürurlandırdı, başımızı uca tutmağa stimul verdi. Ən əsası Azərbaycan xalqının qüruru özünə qayıtdı. Bu, məsələnin bir tərəfidir. Bugünümüz üçün aktual olan məsələlərdən biri isə Vətən müharibəsi ilə bağlı mövzulara həsaslıqla yanaşılması, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğıdan bəhs edərkən faktların dəqiqləşdirilməsi, ictimai fikri çaşdıracaq informasiyaların yayılmasına yol verilməməsidir.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Surasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişləndiyi, internet resurslarının inkişaf etdiyi, istifadəçilərinin sayının günbəgün artdığı hazırkı dövrdə bəzi peşəkarlıqdan uzaq KİV-lərdə və sosial şəbəkələrdə qərəzli məlumatların yayılması birmənalı qarşılana bilməz. Mətbuatın qarşısında dayanan əsas prinsiplərdən biri yayılan informasiyanın düzgünlüyünü, faktların dəqiqliyini yoxlamaq və bundan sonra cəmiyyətə təqdim etməkdir. Amma çox təəssüflər olsun ki. bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir. “Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial
şəbəkə profillərində iki övladının- Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər tuta bilmədiyini diqqətə çatdırır, kömək istəyir. Lakin araşdırmalar nəticəsində Lənkəran rayon sakini olan və hazırda Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşayan Rəna Kazımovanın, ümumiyyətlə, övladının olmadığı məlum olub. Həmçinin o da məlum olub ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağırılmayıblar. Bu adların Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almadığı məlum olub. Bu faktların təsdiqi bir daha onu söyləməyə əsas verir ki, ucuz reytinq naminə bu cür yoxlanılmamış mövzulardan sui-istifadə edən, həm də feyk xəbərlərə əsaslanan bəzi üzdəniraq jurnalistlərin bu kimi addımları bir tərəfdən qeyri-peşəkarlığın və səriştəsizliyin göstəricisidirsə, digər tərəfdən onların cəmiyyətdə çaşqınlıq yaratmaq niyyətlərinin təzahürüdür.”
Baş redaktor bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdıqdan sonra dövlətimizin başçısı İlham Əliyevin bu günədək imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək görərik ki. onların böyük əksəriyyəti şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına diqqət və qayğını əhatə edir: “Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamları Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Həmin sərəncamlar əsasında sentyabrın 27-si Anım Günü, noyabarın 8-i isə Zəfər Günü kimi təsis edildi.”
V.Rəhimzadə möhtərəm Prezidentimizin İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrinin birində ona ünvanlanan “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabının bu gün Vətən müharibəsi mövzusuna həssas yanaşmayan, bu mövzudan ucuz reytinq naminə istifadə etməyə çalışan qeyri-peşəkarlara və sosial şəbəkə istifadəçilərinə tutarlı cavab olduğunu bildirib:
“Dövlətimizin başçısı İlham Əliyev suala cavabında bildirmişdir ki, məni ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Bildirirlər ki, təki “Vətən sağ olsun!”
Baş redaktor vurğulayıb ki, həssas şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısının söylədiyi fikirlər də hər birimizdə sözügedən mövzu ilə bağlı məsuliyyət hissinin artmasında stimulverici amil olmalıdır. «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyən dövlətimizin başçısı bildirmişdir ki, ona görə müharibə başa çatandan dərhal sonra sizinlə görüşməyə gəlmişəm ki, öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam.”
V.Rəhimzadə bildirib ki. dövlətimizin bu diqqət və qayğısı fonunda feyk xəbərlər yayan bəzi sosial şəbəkə istifadəçilərinin və bəzi peşəkarlıqdan uzaq üzdəniraq jurnalistlərin məqsəd və məramları özünü daha açıq şəkildə büruzə verir: “Unutmayaq ki, belə həssas mövzularla manipulyasiya etmək heç kimə başucalığı gətirə bilməz. Əksinə ictimai qınaq belə ünsürlər üçün ən böyük cəza olar.”
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə