"Yuventus"un məşqçisi "üsyan" etdi - Konte

img

12-12-2013 [01:42]



"Biz bu qarşılaşmanın təxirə salınmasını istədik. Amma kimsə bizi dinləmədi. Roberto Mançini də matçın təhlükəli olacağını söyləmişdi və mən də onunla razılaşmışdım. Hakim isə bizi UEFA nümayəndələrinin yanına göndərdi. Ancaq UEFA qərarından dönmədi. Fasilədə hakimin yanına təkrar getdim və bu şərtlə oynamağın mümkün olmadığını bildirdim. Bu dəfə isə Droqba mənim dediklərimə qatıldı. Biz futbol oynamağa çalışırdıq".

Bu sözləri "Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan sonra deyib.

Təcrübəli mütəxəssis məğlub olmalarına baxmayaraq, oyunçularını təbrik edib: "Bu cür stadionda onlar əlindən gələni etdilər. Daha yaxşı ot örtüyündə rahat oynaya bilərdik. Bu səbəbdən məğlub olmağımız ədalətli deyil".

A.Konte bildirib ki, hakim dünənki kimi bu gün də oyunu təxirə salmalı idi: "Elə bil tarlada oynayırdıq. Məni əsəbiləşdirən odur ki, dünən matçın hakimi oynamağın təhlükəli olması səbəbindən görüşü təxirə saldı. Ancaq bu gün isə bir təhlükə görmədi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA