"Qalatasaray"ın azarkeşləri zibil qutularına hücum edir - SƏBƏB

img

11-12-2013 [13:30]



Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qalatasaray" - "Yuventus" matçında qar yağmasının ardından təxirə salınan oyunla bağlı verilən açıqlama türk azarkeşlərin bəzilərini həyəcanlandırıb. 

Mia.az xəbər verir ki, təxirə salınmaadan sonra alınmış biletlərin aqibətiinə aydınlıq gətirilib.  "Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ergin deyib:

"Azarkeşlərimiz cırılımış biletlərlə belə stadiona girə biləcəklər. Ancaq biletlərini tullayanlara çox təəssüf ki, bu şans verilməyəcək. Çünki biletlərin üzərinə onların matçın sonuna qədər saxlanılması yazıb".

Bu açıqlamanın ardından biletlərini atan "Cim Bom"lu azarkeşlər onu tapmaq üçün zibil qutularını belə axtarmağa başlayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı bu gün, Bakı vaxtı ilə saat 17:00-da qaldığı yerdən davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA