1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb
CƏMİYYƏT
21.01.2021, 11:23
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Mia.az-a bildirilib ki, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, oyun zalına, mətbəxə, camaşırxanaya və digər yerlərə baxışlar keçirilib, qidalanma səviyyəsi, tibbi yardımın və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Başçəkmə zamanı müəssisənin əsaslı təmir olunduğu və müasir avadanlıqla təchiz olunduğu müşahidə olunub. Eyni zamanda bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, mövcud maddi-texniki bazanın səmərəli istifadəsinin təşkil olunmadığı müşahidə olunub. Tibbi hissədə ilkin tibbi yardım üçün tibbi çantanın olmaması, dərmanların qeydiyyatında nöqsanlar, fizioterapiya, masaj və manipulyasiya otaqlarının istifadə olunmaması, fizioterapiya üçün nəzərdə tutulmuş aparatların işlək vəziyyətdə olmadığı müəyyən olunub.
Uşaqların əsasən tibbi müayinədən keçdiyi,lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə loqoped və psixoloqun olmaması uşaqların inkişafına hərtərəfli və fərdi yanaşmanın tətbiqində çətinliklər törədir.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb,saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şərurda ər arvadını öldürüb
Bugün, 00:21 KRİMİNAL
-
Vəzifəli şəxslərin adlarının hallandığı 5 milyonluq siqaret qaçaqmalçılığı: şahidlər ifadə verir - Məhkəmə iclası
Bugün, 00:09 KRİMİNAL
-
Əli Əsədovun müşavirinin bankında dəyişiklik - Bir əcnəbi getdi, digəri gəldi
31.07.2026, 23:57 İQTİSADİYYAT
-
XİN Yaponiyaya başsağlığı verib
31.07.2026, 23:53 SİYASƏT
-
İstanbulda qadın bələdiyyə sədri həbs edildi
31.07.2026, 23:44 DÜNYA
-
F-35 qırıcı təyyarəsi hərbi bazada qəzaya uğrayıb
31.07.2026, 23:10 DÜNYA
-
Melih Gökçek Yeni Partiyanın hesabına 1 tl köçürdü - Özgür Özəl "Millətin halal puluna haram qata bilmərik deyib geri qaytardı
31.07.2026, 22:40 SİYASƏT
-
Miqrant böhranı elə hal aldı ki... - Avropa İttifaqından İspaniyaya ilk zərbə gəldi: "Şengen zonası daxilində sərbəst hərəkəti dayandırıldı" (FOTOLAR)
31.07.2026, 22:22 GÜNDƏM
-
"İRANA QALİB GƏLƏCƏYİK, ORANI ÇOX SƏRT VURACAĞIQ" - Tramp yenə "od püskürdü", "Tehran bizə yalvaracaq" deyir
31.07.2026, 21:59 GÜNDƏM
-
"Sizə aid nə qədər nöqsan var" - İcra başçısı iclasda Su Kanal İdarəsinin rəisini belə danladı + VİDEO
31.07.2026, 21:49 CƏMİYYƏT
-
QHT sədri: “Beynəlxalq qrantlar hesabına səhiyyə sahəsindəki dövlət xərclərinin bir hissəsi optimallaşdırılır”
31.07.2026, 21:35 CƏMİYYƏT
-
HƏMAS Trampın bəyanatını təsdiqlədi: "Qəzzada əhatəli atəşkəs razılaşmasını qəbul etdik"
31.07.2026, 21:21 DÜNYA
-
Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb
31.07.2026, 21:18 GÜNDƏM
-
Azercell-in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
31.07.2026, 18:13 CƏMİYYƏT
-
Tik-Tokda itirdiyimiz gələcək... Mətləb Salahov yazır...
31.07.2026, 18:01 YAZARLAR
-
Birinci xanım Mehriban Əliyeva "Altın-Balalık"da - FOTOLAR
31.07.2026, 17:58 GÜNDƏM
-
Əhalinin siyahıyaalınması... - Bu qurumlara səlahiyyət verildi (SİYAHI)
31.07.2026, 17:21 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
31.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Bakı Metropoliteni” QSC-də yeni təyinatları olub - Rəis müavini isə vəzifədən çıxarıldı
31.07.2026, 16:23 CƏMİYYƏT
-
l ixtisas qrupu üzrə keçid balları artacaq, II, III... - DİM sədrindən yeni açıqlamalar
31.07.2026, 16:03 GÜNDƏM
-
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçıları qeyri-rəsmi görüşdə - FOTOLAR (YENİLƏNİB)
31.07.2026, 15:58 GÜNDƏM
-
Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR + FOTOLAR (YENİLƏNİB)
31.07.2026, 15:15 GÜNDƏM
-
İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası... - Sərəncam
31.07.2026, 14:54 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağı hakim qarşısında... - DETALLAR (YENİLƏNİB)
31.07.2026, 14:50 GÜNDƏM
-
Azərbaycan neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim... - Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyinə sözardı...
31.07.2026, 14:19 CƏMİYYƏT
-
Dövlət Gömrük Komitəsi yeni avtomobillər alır
31.07.2026, 14:08 İQTİSADİYYAT
-
Belçika orduya əlavə qüvvə toplayır - "Xəstəlik siyahısı "yumşaldılır"
31.07.2026, 14:00 DÜNYA
-
"Sən, ey uşaqlıq" tammetrajlı bədii filmi: müsabiqə qalibləri müəyyənləşdi
31.07.2026, 13:46 MƏDƏNİYYƏT
-
Natiq Cəfərli: "Mərkəzi Bank diplomatik dillə və ÜDM-lə bağlı narahatlığını ifadə edir" - "Bu, hökumətin işidir"
31.07.2026, 13:37 İQTİSADİYYAT
-
Nazir 96 yaşlı Xalq artistini evində ziyarət edib - FOTOLAR
31.07.2026, 13:36 MƏDƏNİYYƏT
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
31.07.2026, 13:27 CƏMİYYƏT
-
İspaniyanın bir şəhəri mərakeşli miqrantların "işğalı"nda: ordu da qarşılarını kəsə bilmir - 24 saata 49 min sərhədi keçib!
31.07.2026, 13:19 DÜNYA
-
Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu - FOTOLAR (YENİLƏNİB)
31.07.2026, 13:02 GÜNDƏM
-
KİYEVDƏ AMERİKANIN DRON ZAVODU VURULUB - ABŞ kəşfiyyatının keçmiş rəsmisi "Qarşıda belə hallar daha çox ola bilər" deyir
31.07.2026, 12:59 GÜNDƏM