"Fənərbağça" - "Qalatasaray" oyununun vaxtı açıqlanıb

img

20-01-2021 [14:15]


Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

Türkiyə Futbol Federasiyası xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA